Icma.az
close
up
RU
“Hiss edirəm ki, bu, 5060 deyil…”

“Hiss edirəm ki, bu, 5060 deyil…”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur. 

“Qafqazinfo” yubileyini qeyd edən Q.Məhərrəmli ilə əlaqə saxlayıb. 

Professor bildirib ki, yubileyini bu gün ailə üzvləri, sabah isə dostları ilə qeyd edəcək: “Mən hesab edirəm ki, yubiley insan üçün bir hesabatdır. Əslində hər gün hesabat olmalıdır. Yəni hər gün insan öz vicdanı, Allahı qarşısında hesabat verir. İnsanın bir çevrəsi var, onunla bağlı düşüncələri var. 70 yaşım tamam olur. Hiss edirəm ki, bu, 50 deyil, 60 deyil… Bunun zəhmi bir az ağırdır. Yenə yaxşıdır ki, insan özünü gənc hiss edir. Bu, çox gözəldir.

70 yaşdan boylanıb geriyə baxanda əlbəttə, hər şey hamar görünmür. Heç də hər şey səni razı salmır. Amma sevinirsən ki, razı salan nüanslar, görülən işlər çoxdur. İndi qəzetlərdə bioqrafiyam çap olunur və baxıram ki, boş-boşuna yaşamamışam. Əlbəttə daha çox işlər görülə bilərdi. Şəraitlə, adamın öz işi ilə bağlı olan problemlər var.

Bunlar hər zaman insanın ayağına dəyirman daşı kimi asılır qalır. Qarşına çoxlu maneələr çıxır və sən onları keçmək üçün enerji sərf edirsən. Düşünürəm ki, o enerjini daha səmərəli istifadə etmək olardı. Amma indi də gec deyil. Qarışıq hisslər altındayam. Məni təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. Çox görkəmli şəxsiyyətlər, müxtəlif peşə sahibləri, sadə insanlar zəng edirlər”.

Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilanda doğulub. Televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru olan Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. 

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri