Icma.az
close
up
RU
Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı Video

Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı Video

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2 noyabr Bollivud ulduzu Şahrux Xanın doğum günüdür.

Ölkə.Az yaxın günlərdə Azərbaycana salam göndərdiyi videosu ilə gündəmə gələn aktyorla bağlı maraqlı faktları bir araya toplayıb.

Hindistanda “Kral Xan” ləqəbi ilə tanınan Şahrux Xan 1965-ci ildə Hindistanın Yeni Dehli şəhərində anadan olub. Bütün dünya onu Şahrux adı ilə tanısa da, əsl adı Əbdül Rəşid Xandır.
Atası Meer Tac Məhəmməd Xan Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan Hindistanın ən gənc azadlıq döyüşçülərindən biri idi.
Aktyor 15 yaşında atasını, təxminən 26 yaşında anasını itiririb. Bu hadisədən dərin sarsıntı keçirən Şahrux Xan kədəri ilə mübarizə aparmaq üçün aktyorluğu seçib.
Şahrux Xan Dehli Universitetinin Hans Raj Kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra kütləvi kommunikasiya üzrə magistraturaya başlasa da, aktyorluq karyerasını davam etdirmək üçün təhsilini yarımçıq qoyub. 
O, kino sənayesinə teatrda və televiziyada işləməklə qədəm qoyub. İlk dəfə Hindistan seriallarında çəkilib və tanınmağa başlayıb.
1991-ci ildə indiki prodüser və interyer dizayneri Qauri Çibberlə evlənərək Mumbaya köçür və Bollivuda ilk addımlarını atır.
Şahrux müsəlman olduğu üçün Qaurinin valideynləri əvvəlcə onların evliliyinə qarşı olublar. Şahrux Xan deyir ki, o, islam dininə inansa da, həyat yoldaşının dininə də dəyər verir. Onun övladları hər iki dinə etiqad edirlər; aktyorun evində Quran hindu tanrılarının murtilərinin yanında yerləşir.
Cütlüyün Aryan adlı oğlu və Suhana adında qızı var. 2013-cü ildə surroqat ana vasitəsilə dünyaya gələn üçüncü uşağın valideynləri olublar.
1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt edib. Karyerasının erkən vaxtlarında “Qorxu” (Darr), “Qumarbaz” (Baazigar), “Qisas” (Anjaam) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanınıb.
Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər, həmçinin şikayət mövzuları yer alıb.
O, ümumilikdə 100-ə yaxın film və 14 serialda rol alıb.

Aktyorun 2013-cü ildə çəkildiyi Hindistan, ABŞ və Honq Konq istehsalı  “Mənim adım Xandır” filmi xüsusilə diqqət çəkir. 
48,77 milyon ABŞ dolları gəlir gətirən bu filmdəki obrazı Şahrux Xanın ən yaxşı rollarından biri hesab olunur. Ekran işi 2010-cu ilin ən çox gəlir gətirən fimlərindən olub və çox sayda mükafata layiq görülüb.

Şahrux Xan “Rahul” adını çox sevir. O, indiyədək bu addan çəkildiyi 9 filmdə istifadə edib. 
Bollivud ulduzu rolları ilə yanaşı, həm də dünyada xeyriyyə fəaliyyətləri ilə tanınır.
O, 2009-cu ildə günəş enerjisi layihəsinə sərmayə qoymaqla 61 il sonra yeddi Odişa kəndinin işıqlandırılmasına dəstək olub.
2011-ci ildə Şah Rux Xan xeyriyyəçilik fəaliyyətlərinə görə YUNESKO-nun xüsusi “Pyramide con Marni” mükafatını qazanan ilk hindli olub.
2013-cü ildə aktyor mərhum atasının xatirəsinə MEER Fondunu təsis edib. Fondun məqsədi qadınları dəstəkləmək və gücləndirməkdir. O, həmçinin 2013-2015-ci illərdə Uttarakhand ştatında və Çennai şəhərlərində daşqından ziyan görənlərə yardım məqsədilə təxminən 163 min dollar məbləğində ianə edib.

2014-cü ildə Şahrux Xanın kriket komandası Hindistan liqasında qalib olduqdan sonra əldə olunan 1.8 milyon dollardan çox gəlir xərçəng xəstələrinin müalicəsinə  yönləndirilib.
“Man’s World India”nın məlumatına görə, Şahrux Xan aktyorluq etmək üçün Dehliyə gələndə onun yanında ailəsi yox idi və əlində cəmi 18 dollar pulu var idi. Hətta ilk dövrlərdə icarə haqqını ödəyə bilmədiyi üçün küçəyə atılıb və dəfələrlə rədd cavabı alıb. Karyerasının əvvəlində ona adətən məşhur aktyorların rədd etdiyi zəif rollar təklif olunurdu.
Böyük zəhmətinə baxmayaraq, o hesab edir ki, uğurunu bu yolda ona kömək edənlərin hamısına borcludur.
O, təkcə Bollivudun deyil, dünyanın ən böyük ulduzlarından biridir. Şahruh Xan hind kinosu dünyasında təqdimata ehtiyacı olmayan bir addır.

Onun karyerasındakı ən böyük hiti “Cəsur ürək gəlini aparar” filmidir. O, filmin rejissoruna inandığından bu film üçün müqavilə imzalamazdan əvvəl ssenarini oxumağa vaxt belə sərf etməyib.
Bollivud ulduzu 2007-ci ildə 1 mövsüm “Kim Milyonçu olmaq istəyir?” viktorina şousunun hind versiyasının aparıcısı olub.

2005-ci ildə Hindistanda ən yüksək mülki mükafatlarından olan “Padma Şri” Şahrux Xana təqdim edilib. 2023-cü ilə qədər o, ən yaxşı aktyor kateqoriyasında 6 “Filmfare” Mükafatını qazanıb.
O, ümumilikdə 99 mükafata və 18 fərqli dövlət təltiflərinə layiq görülüb.
30 ildən çox davam edən uğurlu karyerasına və xeyriyyəçiliyinə baxmayaraq Şahrux Xanın adı bir neçə qalmaqalda da hallanır.

O, 2009, 2012 və 2016-cı ildə 3 dəfə ABŞ hava limanlarında saxlanılıb. Buna səbəb isə onun adının terrorizm izləmə siyahısındakı bir maddə ilə oxşarlıq təşkil etməsidir.
Həmçinin 2012-ci ildə bir təhlükəsizlik işçisi ilə mübahisədən sonra Mumbaydakı “Wankhede” Stadionuna buraxılması qadağan edilib, lakin bir il sonra bu qadağa götürülüb.
Elə həmin il o, müsahibəsində Hindistanı “dözümsüz” adlandırdığı üçün geniş tənqid olunub.
2021-ci ildə isə aktyorun oğlu Aryan narkotik axtarışı əməliyyatlarında saxlanılıb. Aryan Xan bir ay həbsdə qaldıqdan sonra girov müqabilində sərbəst buraxılıb və daha sonra barəsindəki bütün ittihamlar götürülüb.
“Time” jurnalı onu 2023-cü ilin ən nüfuzlu 100 adamından biri kimi göstərib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri