Icma.az
close
up
RU
Uşaqlarınıza bu adları qoymayın! Rəsmi qurumun rəhbəri

Uşaqlarınıza bu adları qoymayın! Rəsmi qurumun rəhbəri

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

Uşaqlarınıza bu adları qoymayın! - Rəsmi qurumun rəhbəri

Bu il ölkəmizdə 3 ailə övladına "X", 1 ailə isə "D" adı qoymaq üçün müraciət edib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından bildirilib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar. Hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israrla məhkəməyə müraciət edib.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, şəxslərə adların verilməsi qanunla tənzimlənir:

"Adların, ata adlarının və soyadların verilməsi, həmçinin onların dəyişdirilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir.

"Qaydalar"ın 1.4-cü bəndinin tələbinə əsasən qeydiyyat şöbələrində vətəndaşlar tərəfindən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir" – deyə Ədliyyə Nazirliyinin mətbuat katibinin rəisi Ləman Hüseynzadə bildirib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə saytımıza deyib ki, insanların fərqinə varmadan hansısa ada və ya şəxsə sevgisi ola bilər, amma hər şeydən əvvəl düşünməliyik ki, biz övladlarımıza ad qoyuruq, onları o adla böyüdürük və o ad onların fəaliyyətinə də, həyatına da təsir edə bilər. O, valideynləri uşaqlara hər adı verməməyə çağırıb:

"Biz gələcəyə Azərbaycan vətəndaşı hazırlayırıq, o ad səsələnəndə ondan utana, çəkinə bilər. Elə ad qoymalıyıq ki, övladlarımızı formalaşdırsın, yetişdirsin. Onlara fəxarət, qürur hissi yaşatsın. Hansı ad qoymağımızdan asılı olmayaraq təbii ki, övladımıza vətən, torpaq - bütün mənalarda sevgini aşılayırıq, onları cəmiyyətə hazırlıyırıq. Amma düşünməliyik ki, bağçada, məktəbdə, universitetdə, gələcəkdə işlədiyi sahədə artıq o ad birbaşa ona təsir edəcək. Adını eşidəndə həmin şəxslərdə müsbət emosialar da yarada bilər və ya öz adından utana da bilər".

S.Əliyeva bildirib ki, əvvəllər uşaqlara iki-üç komponentli adlar qoyulurdu, əsasən də nənə-baba adlarında buna rast gəlirdik:

"Artıq o ənənə itməlidir və həmin adlarla böyüyən övladlarımız gələcəkdə Azərbaycan cəmiyyətinə bir vətəndaş kimi xidmət edəndə öz adlarından utanmamalı, çəkinməməlidir. Özümüz də fərqinə varmadan övladlarımıza qoyduğumuz ad bir növ onların fəaliyyətini də tənzimləyir, yaşamına təsir edir. Əgər biz övladımızın gələcəyini uğur dolu görmək istəyiriksə, indidən ona qoyacağımız adı düşünməliyik.

Bəzən görürsən ki, bir neçə adın ixtisar variantını övladlarına qoyan valideynlər var, hansı ki həmin adların heç bir mənası yoxdur. Amma bu gün Azərbaycan ədəbiyyatına nəzər yetirsək görərik ki, yazıçılarımızın əsərlərində kifayət qədər Azərbaycan, Türk mənşəli adlar var. Həmçinin xüsusi adlar lüğətindəki adlardan istifadə etmək olar".

"Bu gün cəmiyyətə inteqrasiya edən adlardan istifadə etməkdən çəkinmək lazımdır. Öz adlarımızı yaratmalıyıq, həmin adlardan istifadə etməliyik ki, Azərbaycan mənşəli adlar bu cəmiyyətdə böyüyən övladlara xeyir-uğur gətirsin"- deyə Sevinc Əliyeva ılavə edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri