Beynimizi gənc saxlamaq üçün NƏ ETMƏLİYİK?
Icma.az, News24 saytına istinadən bildirir.
Yaş ötdükcə alzheimer, parkinson kimi xəstəliklər artır.
News24.az xəbər verir ki, bu səbəbdən yalnız uzun ömür deyil, beyni gənc saxlamaq – yəni “nöro-longevity” də önəmli sayılır.
Nöroloq Prof. Dr. Derya Uludüz bildirir ki, sağlam və funksional beyin üçün bu suallara cavab verə bilməliyik:
– Yaddaşımız necədir?
– Əzələlərimiz və balans hissimiz yerindədir?
– Sevdiklərimizin adını xatırlayırıq?
– Ruh halımız sabitdir?
Beynin sağlam qalması üçün aşağıdakı vərdişlərə diqqət yetirin:
1. Yuxu rejimi – Gündə 7-8 saat yatmaq vacibdir. Yuxu zamanı beyin həm istirahət edir, həm də özünü təmizləyir.
2. Stresin idarəsi – Uzunmüddətli stres beyin hüceyrələrini zədələyir. Meditasiya, nəfəs məşqləri və sosial dəstək vacibdir.
3. Hərəkət – Fiziki fəaliyyət yaddaşı gücləndirir, xoşbəxtlik hormonlarını artırır. Qaçış, yoga və güc məşqləri tövsiyə olunur.
4. Zehni fəaliyyət – Yeni dil öyrənin, bulmaca və oyunlarla məşğul olun. Beyni işlətmək onun gənc qalmasını təmin edir.
5. Qidalanma və həyat tərzi – Sağlam qidalanın, yetərli su için, sosial olun və həyatınızı sadələşdirin.
Unutmayın, beyin sağlamlığı gənc yaşlarda qorunmağa başlanmalıdır. Gələcəkdə peşman olmamaq üçün indidən addım atın.
Xeyrənsə Piriyeva


