Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Rusiya Fransa üçün əsas təhdiddir

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“Eşref” və “Demir” eyni layihədə

Əbu Dabi görüşü: Prezidentlər hansı razılığa GƏLDİ?

Əbu Dabi görüşü: Prezidentlər hansı razılığa GƏLDİ?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabi şəhərinə səfəri mühüm siyasi və diplomatik məqamlarla yadda qalıb. Səfər çərçivəsində həm Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində aparılan danışıqlar, həm də Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı keçirilmiş sülh müzakirələri diqqət mərkəzində olub".

 Bu fikirləri News24.az- a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu eyib. 

Onun sözlərinə görə, ən əlamətdar hadisələrdən biri, məhz Əbu-Dabi şəhərində Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında keçirilən birbaşa və yeni formatlı danışıqlar olub: 

"Bu danışıqların vasitəçisiz keçirilməsi, tərəflərin öz iradəsi ilə 5 saata yaxın davam edən əhatəli və detallı müzakirələr aparması, beynəlxalq diplomatiya tarixində mühüm bir mərhələ kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda, regionda sülh təşəbbüslərinin hegemon güclərin təsirindən kənar, milli maraqlar və qarşılıqlı anlaşma əsasında həyata keçirilə biləcəyinin nümunəsidir".


Deputat beynəlxalq təcrübədə bir çox hallarda vasitəçilərin iştirak etdiyi proseslərdə onların geosiyasi və iqtisadi maraqları danışıqların istiqamətinə təsir göstərə bildiyini vurğulayıb.  Bu baxımdan, Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən və vasitəçilərin iştirak etmədiyi Əbu-Dabi görüşü, regionda davamlı və ədalətli sülhün bərqərar olunması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi kimi dəyərləndirildiyini əlavə edib. 

O, Azərbaycan tərəfindən irəli sürülən sülh konsepsiyasının Ermənistan tərəfindən Əbu-Dabi görüşündə qəbul edilməsi, bu formatın uğurlu və konstruktiv nəticələr verə biləcəyini deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri, yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, eyni zamanda regional sabitlik və sülh proseslərinin yeni mərhələyə qədəm qoyması baxımından da tarixi əhəmiyyət daşıyır.

 Həmçinin məsələnin iqtisadi tərəfinə toxunan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edib ki, cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq haqqında imzalanan saziş  iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: 

"Sözügedən sənəd, Azərbaycanın BƏƏ ilə mövcud əməkdaşlıq platformasını daha da genişləndirərək, iqtisadi, ticarət və investisiya sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələyə keçməsinə imkan yaradacaq".


Sədr, hazırda Azərbaycanda BƏƏ-yə məxsus investisiyaların həcmi 1 milyard ABŞ dollarını keçdiyini diqqətə çatdırıb. O, xüsusilə qeyri-neft sektorunda müşahidə edilən 43 faizlik artım nəticəsində iki ölkə arasında ticarət dövriyyəsi 2,4 milyard dollara çatdığını vurğulayıb. Bu, mövcud əməkdaşlığın effektivliyini nümayiş etdirməklə yanaşı, yeni imzalanmış sazişin perspektivlər baxımından əhəmiyyətini daha da artırdığını deyib. .

V. Oruc, BƏƏ tərəfindən Azərbaycanın enerji sektoruna, xüsusilə günəş elektrik stansiyalarının qurulması istiqamətində qoyulan "yaşıl" investisiyalar ölkəmizin bərpaolunan enerji mənbələri üzrə potensialının reallaşdırılmasına və enerji təminatının şaxələndirilməsinə töhfə verəcəyini nəzərə çatdırıb. Eyni zamanda, logistik və texnoloji sahələrdə qarşılıqlı dəstək iqtisadi və ticari əlaqələrin daha da güclənməsinə səbəb olacaqdır- deyə o əlavə edib. 

Sədr, Azərbaycan yalnız idxalçı deyil, həm də ixracatçı dövlət kimi BƏƏ bazarlarında fəal iştirak etməyi hədəflədiyini bildirib. Bu baxımdan, yeni imzalanan saziş Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradacağını, qarşılıqlı ticarət balansının daha da optimallaşdırılmasına şərait formalaşdıracağını əlavə edib. 

Həmçinin o deyib ki, bundan əlavə, turizm sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamətlərdən biri olmaqla, iqtisadi əməkdaşlıq haqqında sazişin bu sektora da müsbət təsir göstərəcəyi gözlənilir:

 "Beləliklə, Azərbaycan ilə BƏƏ arasında imzalanan İqtisadi Əməkdaşlıq Sazişi strateji tərəfdaşlığın dərinləşməsinə xidmət etməklə yanaşı, regional və beynəlxalq səviyyədə yeni əməkdaşlıq imkanları açacaq".

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see193

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see166

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see131

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

11 İyul 2025 09:01see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri