Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İyulun 10-da Bakıda Dənizkənarı Milli Parkda “Opera günləri” yeni layihənin bağlanış konserti keçirildi. Tədbirin təşkilatçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatırı və Dənizkənarı Bulvar İdarəsi idi.
Xatırladaq ki, yeni layihəyə iyun ayında start verildi, paytaxtın müxtəlif konsert salonlarında, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, Şirvanşahlar Sarayında və Naxçıvanda müxtəlif operaların nümayişi, opera ulduzlarının çıxışları ilə yadda qaldı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Fəxri və fəal oxucuları, şəhid ailələri, veteran və qazilər, ziyalılar, KİV nümayəndələri konserti izlədilər.
Bağlanış konserti möhtəşəm keçdi. Dəniz kənarında, gözəl havada, açıq meydanda gözəl tərtibatlı səhnədən yüksək texniki səviyyədə təşkil edilmiş səs keyfiyyəti və işıq effektləri ilə müşayiət olunan bir-birindən gözəl ifaları çox böyük zövqlə izlənildi.
İfaçılar arasında Xalq artistləri Yusif Eyvazov, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, gözəl səslərə malik olan vokal ifaçıları gözəl çıxış etdilər.
İki saatdan çox davam edən və əksəriyyəti opera parçalarından ibarət olan konsertin sonuna qədər məkandan ayrılmayan və ifaçılara alqışlarını əsirgəməyən xalqımız bununla eyni zamanda musiqi zövqümüzün nə qədər geniş spektrə malik olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm layihənin payızda davam etdiriləcəyinin anonsu verildi.
Tədbir televiziya və KİV-lər tərəfindən işıqlandırıldı.
Konsertin qısa anonsu kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/shorts/SudSmtNkZMU


