Kitabxananın fəal oxucusunun növbəti rəsm sərgisi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar istedadlı oxucularla iş aparır, gənc istedadları müəyyən edərək onlara dəstək olur.
Bu gün M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada kitabxananın fəal oxucusu, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Əminə Hidayətlinin növbəti fərdi rəsm sərgisi açıldı.
Əminə Hidayətli kiçik yaşlarından rəssamlıqla məsğul olmağa başlayıb. O, respublikada və xarici ölkələrdə keçirilən rəsm müsabiqələrində iştirak ediк, diplomlarla təltif edilib. Bakıda keçirilən COP29-da Ə.Hidayətlinin də əsərləri nümayiş olunmuşdu.
Kitabxanada açılan sərgidə “İçərişəhər”, “Dolçalar”, “Lavanda zəmisi”, “Naxçıvan mətbəxi”, “Günəbaxanlar”, “Şir”, “Qız”, “Mərakeş məhəlləsi”, ”Pionlar”, “Ağ çiçəklər” rəsmləri, “Payız natürmortu” və “Meyvə-tərəvəzli natürmort” nümayiş olunur.
Sərgi Novruz Bayramınadək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















