Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“Eşref” və “Demir” eyni layihədə

Pıçıltılar (Ədəbi səhifə)

Pıçıltılar (Ədəbi səhifə)

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türküstan qəzetinin Geney Azərbaycana ayırdığı səhifənin ilk sayısı.

Səhifənin koordinatoru: Əli Çağla

SAYFAYKU ŞEİRİ ÜZƏRİNƏ QISA NOT – (Məqalə)

Yazar: Zaman Paşazadə

Zaman-zaman bütün incəsənət çeşidlərinin böyük hissəsinin mövzu və məzmunu olmuş bilim, zaman iqtizası ilə yeni formalar ilə gündəmə gəlir. Elmi-fantastik janrında yaranmış kino, roman, rəssamlıq və başqa əsərləri hər zaman insanların maraq dairəsində olmuşdur. Ədəbiyyat üzrə bu janr daha çox nəsr və romanda həyata keçib və yaranmışdır, şeirə gələndə isə keçmiş klassik şairlər daha çox astronomiya və riyaziyyat elmlərinin tutumundan şeirdə yararlanmışlar, bu gün isə ara-sıra bəzi şairlərin şeirində elmi mövzulara rast gəlirik.

İlk baxışda şeir ilə elm arasında bir qopuq və uçurum var, şeir duyğu, xəyal və düşüncələr üzrə vurğusu olduğu zaman, elm kobud və quru qanunlar üzərində qurulmuş bir sistemdir. Amma ortada çəkici və maraqlı bir ortaqlıq var: Elmi-fantastik dedikdə; fantaziya ortaq bir nöqtədir. Fantaziya və təxəyyül şeirin ən önəmli yaranış müəlliflərindəndir. Ayrıca modern ədəbiyyatın ən önəmli növlərindən olaraq elmi-fantastik janrı, çağdaş insanın düşüncə və yaşam tərzinə təsir edən qaçınılmaz faktlardan biridir.

Dünyada şeir üzrə Sayfayku (Scifaiku) adı ilə tanınan Hayku qəlibində olan şeir növü, ilk olaraq “Tom Brink” adlı bir şairin vasitəçiliyi ilə 1995-ci ildə manifesti hazırlanıb yayıldı.

Bu şeir növü Yaponiya Haykusu ilə elmi-fantastik şeirin birləşməsi nəticəsində həyata keçdi.

“Sayfayku” quruluşunu Hayku şeirindən və xəyal ölçülərini isə elm və fantaziyadan qazanır. Demək olar bu sayaq şeir, minimalistliyi Haykudan alsa da minimalizmin modern strukturları ilə tam uyğundur. “Brink”in manifestində “minimalizm, anda yaşamaq (bir anın yaranış və qeydə alınması) və humanist baxış” Sayfayku şeirinin üç təməl elementidir. Bütövlüklə bu şeirdə Illüziya sənətinin özəl yeri olaraq təmsil və metaforadan yararlanmışdır və əksər hallarda illüziya qaynağı, elmi-fantastik yaradıcılıq növləri, özəlliklə sinemadandır. Sayfayku real dünyadan fərqli bir dünyanı bənzədərkən ön görücü ədəbiyyatın (Speculative Fiction) bir budağı olaraq, mifik, apokalipsis, qorxu, hayku və elmi-fantastik janr və mövzuların sintezi olaraq bunlardan olduqca geniş şəkildə yararlanır və bu mövzuların içində: Yadplanetlilər başqa gəzəyənlərdə yaşam və uyğunluq ehtimalı, dünyanın başlanış və qurtarışı, bəşərin öz düzəltdiyi maşınlar və robotların bəşərə qələbəsi, zaman yolçuluğu, ulduzlar və nüvə döyüşü və başqa bilim və fantaziya eləcə də dünyanın gələcəyi və fobiləri ilə bağlı mövzular maraq dairəsindədir. Bu sayaq şeir, elmi terminlərdən istifadə etdiyinə görə poetiklik qazanmaq üçün (baxmayaraq yeni forma və fəzaların yaranmasına alverişlidir) şairin daha artıq əmək, zövq və istedadını tələb edir.

Hayku ilə Sayfayku arasında əsas fərq bundadır ki, Hayku şeirinin ən önəmli məzmunu təbiət və fəsillərdir, ancaq Sayfayku şeirində ən önəmli məzmun fantaziya, elm, qorxu və apokalipsis və ondan ötəsində olan məzmunlardır və Haykudakı mücərrəd ifadə və bəyanın yerinə konkret bir ifadədən yararlanır...

Sayfaykunu gələcək şeiri kimi də dəyərləndirirlər, bu fikirə iki yöndən baxmaq olar; birincisi, gələcək insan, olduqca zaman məsələsi və psixi məşğələsinin izdihamlı olduğuna görə təbii olaraq minimalizmə üz gətirməlidir. İkinci isə gələcəyin necə olduğu marağında olmaq kimi insanı özəlliyə görə, eləcə də ön görücü ədəbiyyat çərçivəsində, bu şeir növünü gələcək şeiri adlandırmaqda yanılmırlar. Əlbəttə təbiidir ki, bu şeir də zaman prosesi ilə öz zatına və istəyinə dayanaraq böyük dəyişikliyə məruz qalaraq irəliləyəcəkdir. Beləliklə gələcək insanının seçdiyi şeir və ədəbiyyat çeşidi, Sayfayku sayaq bir ədəbiyyat olması ehtimalı çoxdur.

Sayfayku şeirindən örnəklər aşağıdakılardır.

Ceyms Palmer:

I.

Kvant axımı

Başqa bir dünyaya aparır məni

Bir daha səninlə birgə

Yaşayacağımız bir yerə.

II.

Oksigen cihazının çatışmazlığı

Həyat yoldaşımı məndən uzaqladıb

Daha çox ağac əkəcəyəm.

Tom Brink:

I.

Tərk edilmiş bir göy

Dələnin pəncərəsində,

Ansızın

Bir kəpənək.

II.

Nə baş verəcək

Zamanın son ruhları

Hazır zamana yol tapsalar.

Məhəmmədrza Musəvi:

“Mən ölməmişəm,

Unudulmuşam”

Sönmüş bir ulduzun iniltisi,

Qaranlıq bir günəş

Sisteminin ucqarında.

Allen Kinzberg:

Damın üstündə ay

Bağçada soxulcanlar...

Bu evi kiralayıram.

************

seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see191

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see165

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see155

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see136

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see127

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see126

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see116

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

11 İyul 2025 03:55see114

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see113

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri