Icma.az
close
up
RU
“Xəzər”ədəbi aləmə qayıtdı

“Xəzər”ədəbi aləmə qayıtdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Xəzər” bədii-tərcümə jurnalının ilk sayı 1989-cu ildə çıxıb və bu önəmli nəşr Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna rol oynayıb. Dövlət Tərcümə Mərkəzi ləğv olunandan sonra, bu ildən dərginin Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin nəzdində nəşr olunması qərara alınıb. Budur, “Xəzər”in ­2025-ci il üçün ilk sayı qarşımızdadır. Jurnalın məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir. Həmçinin jurnalın Türkiyə, Gürcüstan, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət beynəlxalq Şurası da formalaşıb. 

Jurnal redaktorun təqdim etdiyi dərginin məramnaməsi –“Tərcümənin və tərcüməçinin problemi: bizdə nə yoxdur, nə çatışmır” yazısı ilə açılır. Yeni sayda elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr yer alıb, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri təqdim olunub. “İlin nobelçisi” rubrikasında Koreya nəsrində impressionist üslubu ilə seçilən Han Kang haqqında məlumat və tənqidçi Kan Çjixinin onunla müsahibəsi, eləcə də “Nobel mühazirəsi” ilə bərabər, “İnsan əməlləri” romanından parça verilib. 

“Şərq mədəniyyəti” rubrikasında böyük mütəfəkkir, sufi şair və filosof Şəms Təbrizinin 840 illiyi ilə bağlı materiallar, Karakasda keçirilmiş I Beynəlxalq Poeziya Festivalında iştirak etmiş Mahir N. Qarayevin səfər təəssüratları, “Şimali Amerika ədəbiyyatı”nda Nobel mükafatı laureatı, yəhudi əsilli Amerika yazıçısı Sol Bellounun irihəcmli “Gümüş nimçə” hekayəsi oxuculara təqdim edilib. Leroy Consun “Uçan hollandiyalı” pyesi də maraqlıdır. Kanadalı yazar Marqaret Ətvudun, fransalı ispan Anri Arbilin şeirləri, Lev Tolstoyun ədəbi irsindən tərcümələr, ukraynalı Natali Kulişin “Onuncu paralel” hekayəsi də diqqət çəkir. 

Yeni sayda türk xalqları və Yaxın Şərq ədəbiyyatı nümunələri, “Debüt”, “Mövqe” və “Yaddaş” rubrikaları, tərcümə aləminin yenilikləri barədə daydcest də yer alıb. Dərgidə yayımlanan rubrikalarda oxucuların dünyagörüşünün artırılması, ədəbi zövqünün formalaşması, estetik dəyərlərin təbliğ olunması kimi amillərə diqqət yetirilib. 

Baş redaktor Etimad Başkeçid: 

– Yenicə işıq üzü görən jurnaldakı məqaləmizdə qeyd etdiyimiz kimi, dünya təcrübəsinə istinad etsək, bilməliyik ki, öz çoxşaxəli fəaliyyəti ilə bir mədəniyyət mikrokosmuna çevrilmiş müasir dünya universitetləri fundamental və tətbiqi elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə yanaşı, ədəbiyyat, incəsənət, tərcümə, vizual mədəniyyətə aid bir çox elmi-populyar jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir. Bu mənada ADU və “Xəzər” Azərbaycanda pionerdirlər.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri