Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın əsas problemi olaraq qalır. İndi amerikan prezidenti Rusiyaya qarşı daha sərt yeni kurs elan edir. Lakin bunun yeni siyasət demək olub-olmaması hələ də aydın deyil.
Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın "Neue Zürcher Zeitung" qəzeti yazıb.
Nəşr qeyd edir ki, Trampın hərəkətlərinin şərhi həmişə şərtlidir. Amerikan prezidentinin aydın strategiyası, yaxşı işləyən aparatı. Co Baydenin, hətta Barak Obamanın idarəetməsini xarakterizə edən proqnozlaşdırıla bilənlik və etibarlılıq yoxdur. Beynəlxalq siyasət prinsipcə bu daşınmaz əmlak brokeri və TV aparıcısı üçün xarici bir sahədir.
"Hətta hökumət aparatı da müvəqqəti fərziyyələr əsasında işləyir. Bunlar prezidentin növbəti sosial media paylaşımı ilə ləğv edilə bilər. Bundan əlavə, Tramp sonuncu müzakirəçidən aldığı təsirlərə və əhval-ruhiyyəyə bağlıdır. Lakin Trampın altı aylıq hakimiyyətindən sonra müəyyən tendensiyalar müşahidə olunur. Bu, açıqlamalar və hərəkətlərin ardıcıllığından irəli gələn davamlılıqdır", deyə "Neue Zürcher Zeitung" yazıb.
Nəşr bildirir ki, Rusiya və Ukrayna siyasətinə gəlincə belə bir qiymətləndirmə etmək olar: Tramp həqiqətən Putini tərəfdaş, Rusiyanı isə böyük dövlət kimi əməkdaşlığa dəvət etmək istəyir. Amma yalnız bir şərtlə - Putin Ukraynaya qarşı müharibəyə son qoymalıdır. Bunun necə baş verməsi Tramp üçün vacib deyil. O, yalnız silahların susmasını, insanların öldürülməsinin dayanmasını istəyir:
"Və görünür, o, Ukraynanın dövlət kimi yaşamasını da istəyir. Bir çox müşahidəçi qorxurdu ki, Tramp vəzifəyə başlamazdan əvvəl və ya dərhal sonra Putinlə görüşə və faktiki olaraq Ukraynanı Rusiyanın nüfuz dairəsinə verərək, dərhal və tamamilə Rusiyaya olan dəstəyi və sanksiyaları dayandıra bilər. Amma bu baş vermədi. Lakin Trampın ikinci addım atıb-atmayacağı tam aydın deyil: Rusiyaya təzyiqi artırmaq, Ukraynaya silah tədarükünü artırmaq və yeni sanksiyalar tətbiq etməklə. ABŞ prezidenti sadəcə vaxt udmaqla vəziyyətin inkişaf etməsinə icazə verə bilər: Ukraynaya dəstəyi elə tənzimləmək ki, Rusiya qəti uğur qazana bilməsin, eyni zamanda öz iştirakını da dərinləşdirməsin. Ya da o, Konqresin, amerikan ictimaiyyətinin əhəmiyyətli bir hissəsinin və Avropa müttəfiqlərinin daim təzyiqi altında etdiyini edəcək: Ukraynanı gücləndirərək və Rusiyanı zəiflədərək müharibədə həqiqətən yeni dinamika yaradacaq".
"Neue Zürcher Zeitung" yazır ki, bunun üçün o, Rusiyanın tərəfdaş böyük dövlət olacağına olan ümidindən əl çəkməli və uzunmüddətli konfrontasiya münasibətlərinə hazırlaşmalıdır:
"Buna hazır olub-olmaması mübahisəlidir, lakin ABŞ Konqresi və Avropa müttəfiqlərinin ona göstərdiyi təzyiqi nəzərə alsaq, ümidsiz deyil".
Samir


