Icma.az
close
up
RU
06.06.2026, 16.06.2026, 26.06.2026 Kim nəyə hazırlaşır?

06.06.2026, 16.06.2026, 26.06.2026 Kim nəyə hazırlaşır?

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bu ay ilin ən yaddaqalan tarixləri olacaq - 06.06.2026, 16.06.2026, 26.06.2026. Rəqəmlərin simmetrik “güzgü effekti” yaradan düzülüşü səbəbindən minlərlə cütlük nikah və toy mərasimlərini məhz həmin günlərə salmağa çalışır. Bakının əksər şadlıq saraylarında iyunun 6-sı üçün yerlər aylar öncədən tutulub, 16.06.2026, 26.06.2026 isə Məhərrəmliyə düşür. Azərbaycanlıların əksəriyyəti Məhərrəmlikdə toy etmir. 

“Yeni Sabah”ın araşdırması nəticəsində məlum olub ki, paytaxtdakı şadlıq saraylarının böyük əksəriyyətində 06.06.2026 tarixi artıq tam doludur.

Bəzi məkanlarda isə cəmi bir və ya iki boş zal qalıb. Lakin həmin zalların tutumu 600-700 nəfər olduğundan, onlar da hər ailənin büdcəsinə və qonaq sayına uyğun gəlmir. Şadlıq saraylarının əməkdaşları bildirirlər ki, belə böyük zallara adətən hər ailə üstünlük vermir. Toyuqlu pizza

Maraqlıdır ki, cütlüklərin bu tarixə xüsusi marağı təkcə rəqəmlərin simmetriyası ilə bağlı deyil.

Belə ki, iyunun 16-dan etibarən Məhərrəm ayı başlayır. Azərbaycanda bir çox ailələr dini ənənələri nəzərə alaraq Məhərrəmlik dövründə toy etmədikləri üçün iyunun ilk yarısında keçiriləcək mərasimlərə tələbat daha da artıb.

Bu səbəbdən 06.06.2026-dan sonra nikah üçün maraq göstərilən növbəti günlər 16.06.2026 və 26.06.2026 tarixləri olub. Həmin günlərə toy salınmasa da (Məhərrəmliyə görə), sadə nikah mərasimləri edənlər çoxdur.

Nikahın rəsmi formada qeydiyyata alınması sahəsində də vəziyyət fərqli deyil. Nikah mərasimlərinin keçirildiyi Səadət Sarayına müraciət edən cütlüklər də eyni problemlə üzləşirlər. Burada nikaha girmək üçün bir ay öncədən müraciət olunmalıdır. Artıq 06.06.2026 tarixinə olan bütün yerlərin tutulduğu bildirilib.

Daha sonra 16.06.2026 tarixində nikah bağlamaq imkanları araşdırılıb. Bunun üçün mayın 15-də - həftəsonu qeyri-iş günləri nəzərə alınaraq əvvəlki iş günündə Səadət Sarayına müraciət olunub. Həmin tarix üzrə boş yerlərin qalmadığı məlum olub.

Problemlə üzləşənlər təkcə Səadət Sarayına müraciət edənlər deyil.

Nikah üçün tələb olunan tibbi müayinələrdən keçdikdən sonra vətəndaşlar sənədlərlə “ASAN Xidmət” mərkəzlərinə müraciət edirlər. Paytaxt üzrə sistemdə həmin tarixlər üçün boş saatlar demək olar ki, qalmayıb. Xüsusilə 06.06.2026 və 16.06.2026 tarixlərinə maraq digər günlərlə müqayisədə qat-qat yüksəkdir.

Sosioloqlar belə halların dünyanın müxtəlif ölkələrində də müşahidə edildiyini bildirirlər. İnsanlar yadda qalan, asan xatırlanan və müəyyən simvolik məna daşıyan tarixləri həyatlarının mühüm hadisələri üçün seçməyə meyilli olurlar. 06.06.2026 da məhz bu səbəbdən minlərlə cütlüyün diqqət mərkəzinə düşüb.

İndi isə həmin günü seçmək istəyən cütlüklərin qarşısında yalnız bir seçim qalır: boş yer tapmaq ümidi ilə gözləmək və ya toy tarixini dəyişmək.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyun 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri