Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

1 2 manata satılan köynəklərin sirri açıldı RƏYLƏR

1 2 manata satılan köynəklərin sirri açıldı RƏYLƏR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məktəb direktorları və tikiş sexləri pul qazanmaq üçün rəng dəyişir


Özəl liseylər qanunu gözardı edir, valideynlər Təzə Bazarın yaxınlığında bahalı formaya yönləndirilir

 Yeni tədris ili yaxınlaşdıqca valideynlərin narahatlığı da artır. Və yenə də narahatlıqların mərkəzində məktəbli formaları dayanır. Yəni nə bəladır, düşmüşük?!. “Vahid məktəbli forması” deyə-deyə, məktəbli formaları son 30 ildə az qala 30 dəfə dəyişdirilib. Hələ də proses davam edir. Özəl məktəb-liseylər nə Nazirlər Kabinetinin qərarını saya salır, nə də Elm və Təhsil Nazirliyinin. NK-nin və ETN-nin qərarları “prostoy” məktəblər üçün keçərlidir. Burada da vəziyyət xoşagələn deyil. Çünki bəzi məktəblər də “at oynatmağa” can atır. Vahid məktəbli formasını vahidlikdən çıxarıb “çoxnövlülüyə” çevirirlər. Buna səbəb isə NK-nin vahid məktəbli formasıyla bağlı qərarında “əl yeri” qoymasıdır. Nədən ibarətdir bu, görəcəksiniz.          


Sosioloq Lalə Mehralı özünün sosial şəbəkə hesabında bu problemi qabardıb: 

- Məktəbli formaları 1.5 manata qədər düşüb. "Lacoste" deyilən parçadan olanlardır hamısı. Köynəkləri dirsək izi çıxarır, boyunluğu əyilir bu parça növünün. Bu il formaların rəsmi 3-cü ilidir, ilk il - 2022-2023-cü tədris ilində məcburi deyildi, könüllü alanlar da oldu, köhnə formasını geyinənlər də. 2023-2024, 2024-2025 və bu il 2025-2026 tədris ili artıq 3 ildir rəsmi vahid forma var. İndi məsələ nədir: məndə olan məlumatlara görə, bir ədədinin maya dəyəri 60 qəpiyə başa gələn köynəklər istehsalçının əlində qalıb. Keçən il 15 manata köynək alan valideynlər sevinirdi ki, münasib aldıq. Bəli, keçən il 14-15 manata satılan köynəklər bu il 1-2 manata verilir.  Niyə? Çünki vahid formabazlığın qəbulu zamanı məktəblərə ixtiyar verildi ki, 3 ildən bir İctimai Şurasını yığıb formanın rəngini dəyişmək barədə müzakirələr apara, səs çoxluğu ilə formanı dəyişə bilər.  Bu isə o deməkdir ki, vicdanını pula satan bəzi direktorlar tikiş evləri ilə anlaşıb qərarı dəyişə bilər. Özü tikiş sexi açan direktorlar da var əlbət. Deməli, növbəti il məktəblərdə formanın rəngi müzakirəyə çıxarıla, yenisi qəbul edilə, şagirdlərə məcbur yeni forma aldırıla bilər. Mən bunu AzTV-nin efirində dedim, nazirlik rəsmisi dedi ki, “bəli, müzakirə etmələrinə icazə verilib, amma dəyişməzlər”. Siz buna inanırsınız? Hamımız yaxşı bilirik ki, əlinə fürsət düşəndə çox insan vicdanını soyunub qoyur bir kənara, gedir pul qazanmağa. İndi keçən il 15 manata satılan məktəbli köynəklərinin 1-2 manata satılması da o vəlvələdəndir. Növbəti il əlində qalar qorxusu yəni.


L.Mehralının paylaşımına sosial şəbəkədəki valideynlər anında reaksiya verib. Hamının dərdi birdir, ona görə:  

Dünya Sakit: - Formalar dizayn baxımından gözəldir. Mən heç vaxt ucuza gedib keyfiyyətsiz forma almıram. Bir şalvar alıram, böyük oğlum böyüyüb içindən çıxana qədər geyinir, ardınca kiçik geyinir. Köynəklər, jaketlər də həmçinin. Bu baxımdan, 3 illik müddət məsələsinin ləğv olunması daha yaxşıdır. Dünyada elə məktəblər var ki, 100-150 ildir eyni rəng, eyni forma geyinilir. Dəyişməsə yaxşıdır, 2-3 övladı olan valideynlər üçün çox böyük yük olar dəyişsə.

Afət Tahirqızı: - Bizim məktəbin formasının qısaqollusu 25, uzunqollusu 27 manatdır. Şalvar, ətək və jaketi yazsam infarkt keçirərsən, demirəm. 

Lalə Mehralı: - Afət Tahirqızı, “Sədərək”də gördüm keçən həftə sizin məktəbin formasını, 10-15 manat idi köynəklər. 

Elmir Muradov: - Boşluğu yaradan, məktəb direktorlarına at oynatmağa, bazar açmağa şərait yaradan elə Təhsil Nazirliyinin özüdür. Sözügedən məsələdə konkret olsa, məktəblərə forma ilə bağlı qərar vermə imkanı yaratmasaydı, belə özbaşınalıqlar, alverlər də yaranmazdı. 

Lalə Mehralı: - Əlbəttə, 3 ildən bir müzakirəyə çıxarmaq nədir? Bəlkə mən böyük uşağımın paltarını saxlayıb kiçiyimə geyindirmək istəyirəm, direktorun kefi tutub dəyişirsə, əlavə xərc etməliyəm? 

İlahə Pərviz Mehdi: -  Mən ancaq “Araz”da görmüşəm boz və mavi köynək.

Lalə Mehralı: - İnstaqram doludur dükanların reklamı ilə. 

Nəsib Musa: - Çox biabırçılıqdır, köynəyin maya dəyəri 60 qəpik ola bilməz axı!..

Lalə Mehralı: - "Lacoste" parça keyfiyyətsizdir, "mayiçniy" deyilən növün maya dəyəri 2.5-3 manat olur. 

Nasib Musa: - "Lacoste" bahalı firmadır parçasını heç ediblər??

Lalə Mehralı: - Həmin növə elə deyirlər, bəlkə də, saxta “Lacoste”dir, özləri uydurub, tikişin yeri cırılır, dirsək çıxarar köynəklər. 

Arzu Rzasoy: - Bunu birdəfəlik qara, boz və ya hansısa başqa rəng edə bilməzlər ki. Bu necə vahid formadır ki, 3 ildən bir rəng dəyişir. Valideyn və şagirdləri bezdirən bu 3 illik istisnanın nəyə xidmət etdiyini açıqlasınlar daha. 

Lalə Mehralı: - Bu, ümumiyyətlə vahid deyil. 4 rəngdə, iki cür ətək forması ilə nə vahidbazlıqdır?!. 

Rəylərdən real vəziyyətin necə olduğu görünür. “Şərq”in əldə etdiyi məlumata görə, özəl liseylər valideynləri Təzə Bazarın yaxınlığındakı xüsusi mağazaya göndərir. Orada satışa çıxarılan məktəbli formalarının qiyməti 150-200 manatdır. Və NK-nin təsdiq etdiyi “vahid məktəbli formaları” da deyil. 

Məlumat üçün bildirək ki, NK-nin qərarı ilə təsdiq olunan vahid məktəbli formaları 4 müxtəlif  rəngdədir – mavi, boz, qəhvəyi, ağ-qara.  NK-nin qərarında qeyd olunur ki, 3 ildən tez olmayaraq məktəblər məsələni pedaqoji və valideyn şuralarının müzakirəsinə çıxara, valideynlərin də razılığı ilə formanı dəyişə bilərlər. Amma bütün hallarda dəyişiklik və seçim yenə də bu 4 forma arasında edilməlidir. Dairədən kənara çıxmaq olmaz. Birincisi, kənara çıxanlar var: özəl liseylər. Bu liseylər Azərbaycan Respublikasında yerləşmirmi, Azərbaycan qanunları ilə idarə olmurlarmı, şagirdləri Azərbaycan vətəndaşı deyilmi, Nazirlər Kabinetinin onlara hökmü çatmırmı?  İkincisi, tutalım məktəblərdə pedaqoji şuralar, valideyn şuraları toplandı və dedilər ki, mavi və ya boz rəngdən gözümüz yoruldu, keçək başqa rəngə. Bəlkə, valideynlərdən hansısa birinin yeni rəngdə forma almaq imkanı yoxdur, o zaman necə olacaq? Məcbur edəcəklər, mütləq, haradan pul tapırsan tap, bizim qəbul etdiyimiz rəngdə geyim al. Az imkanlı ailələr böyük övladın geyindiyini qoruyub kiçik övlada saxlayır. Bu məcburi dəyişiklik onlar üçün əlavə vəsait itkisidir. Əsas sualsa budur: vahid məktəbli formasını 4 rəngli etmək və 3 ildən bir dəyişmək ixtiyarı verməklə təhsildəki nailiyyətlərimiz də yüksəlirmi, şagirdlərimiz daha yaxşı oxuyurlarmı, əlaçıların sayı artırmı?.. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri