Icma.az
close
up
RU
1 Dekabr Laçın Günü: Azərbaycan dövlətçiliyinin tarixi qələbəsi və strateji Zəfərin davamı

1 Dekabr Laçın Günü: Azərbaycan dövlətçiliyinin tarixi qələbəsi və strateji Zəfərin davamı

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Laçın Azərbaycan tarixində təkcə coğrafi mövqeyi ilə deyil, həm də siyasi, strateji və mənəvi dəyəri ilə xüsusi yer tutan bölgələrdən biridir. Üçtərəfli 10 noyabr 2020-ci il bəyanatına əsasən, Laçın rayonunun 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılması torpaqlarımızın bütövlüyü uğrunda mübarizənin həlledici mərhələlərindən biri kimi yaddaşlara həkk olundu. Bu gün 1 Dekabr Laçın Günü yalnız bir rayonun azad edilməsini deyil, həm də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və regionda yaratdığı yeni siyasi reallığın rəmzidir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Laçın Qarabağı Azərbaycanla birləşdirən əsas təbii və coğrafi körpüdür.

Nicat İsmayılov

“Bu rayonun işğalı 1992-ci ildə Azərbaycanın strateji mövqelərini ciddi şəkildə zəiflətmiş, Qarabağa quru bağlantının kəsilməsi ilə nəticələnmişdi. İşğal dövründə Laçın təkcə hərbi baxımdan deyil, həm də sosial və demoqrafik fəsadlarla üzləşmiş, yüzlərlə kənd dağıdılmış, təbii sərvətlər talan edilmişdi”-deyə Nicat İsmayılov bildirib.

Politoloqun fikrincə, Laçının geri qaytarılması Azərbaycanın regiondakı mövqelərini tamamilə gücləndirdi: “Qarabağ bölgəsi ilə Azərbaycanın digər hissəsi arasında dayanıqlı quru dəhlizi bərpa olundu. Dövlət sərhədlərinin tam nəzarəti təmin edildi. Regionda yeni təhlükəsizlik arxitekturası formalaşdı və Azərbaycanın siyasi və iqtisadi layihələri üçün geniş imkanlar yarandı.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qəti qələbə Laçının da taleyini dəyişdi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan xalqının birliyi nəticəsində Ermənistan kapitulyasiya bəyanatına imza atmağa məcbur oldu. Sənədə əsasən, Laçın rayonu döyüşsüz şəkildə, tam, sürətli və şərtsiz olaraq Azərbaycana qaytarıldı. Bu, diplomatik müstəvidə Azərbaycanın əzmi və hərbi üstünlüyü sayəsində əldə olunmuş unikal qələbə idi.

Laçın azad edildikdən sonra rayonda dövlət tərəfindən misilsiz bərpa-quruculuq işləri həyata keçirildi. Cənab Prezident İlham Əliyevin rayona çoxsaylı səfərləri Laçına verilən xüsusi önəmin göstəricisidir. Bu illər ərzində, Laçın şəhəri tamamilə yenidən quruldu. Qoşunların yerləşdirilməsi üçün yüksək standartlı hərbi infrastrukturlar istifadəyə verildi. Elektrik, su, yol, tunel, rabitə və sosial layihələr ard-arda həyata keçirildi və 2022–2024-cü illər ərzində ilk köç karvanları Laçına qayıtdı və bu gün Laçın yenidən həyatla doludur”.

Nicat İsmayılov qeyd edib ki, Laçının bərpası təkcə infrastruktur layihəsi deyil, həm də Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etməsi və öz vətəndaşını doğma yurduna qaytarmasının rəmzidir: “2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan təkcə Qarabağ üzərində deyil, həm də Laçınla bağlı bütün qalan suverenlik məsələlərini tam həll etdi. Laçın dəhlizi üzərində dövlət nəzarəti bərpa edildi, qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü tam təmin olundu. Bu hadisə Laçının strateji rolunu bir daha təsdiqlədi və regionda yaranmış yeni reallığın möhkəmlənməsinə xidmət etdi”.

1 Dekabr – milli qürur günü

“Bu gün Laçının işğaldan azad edilməsi təkcə bir rayonun qaytarılması deyil, həm də Azərbaycanın gücünün, ordumuzun rəşadətinin, liderliyin qətiyyətinin, xalqın birliyinin, dövlətçiliyimizin gələcəyinin nümayişi kimi qeyd olunur.

Laçın Günü Azərbaycanın müstəqillik salnaməsində xüsusi yer tutur və hər il bu gün bölgənin tarixi əhəmiyyətini, dövlətin güclənən mövqeyini və qazanılan böyük Zəfəri bir daha xatırladır.

1 Dekabr Laçın Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün işğalın başa çatmasının, 30 illik həsrətin sonlanmasının, dövlət suverenliyinin bərpa olunmasının, Böyük Qayıdışın başlanmasının, regionda yeni geosiyasi nizamın formalaşmasının rəmzidir.

Laçının işğaldan azad edilməsi və yenidən dirçəldilməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin bariz nümunəsidir. Bu gün hər bir azərbaycanlı üçün qürur, birlik və milli həmrəylik günüdür”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri