1 hektar meyvə bağı 1 hektar taxıl sahəsindən daha çox gəlir gətirir
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir hektar meyvə bağı bir hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi son illərdə meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük verir:
"Bu siyasət nəticəsini və bəhrəsini verməyə başlayır. Belə ki, son 5 ildə 30 min hektardan çox yeni intensiv meyvə bağları salınıb. Bundan başqa, bağçılıq və uzunmüddətli əkinlərin ölkənin əkin strukturundakı payı artmağa başlayıb. Sirr deyil ki, fermerlər üçün 1 hektar meyvə bağı 1 hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir".
Nazir əlavə edib ki, bu baxımdan həm çəyirdəkli, həm tumlu meyvələr daxil olmaqla, meyvə bağlarının salınması, genişləndirilməsi diqqətəlayiq haldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















