Icma.az
close
up
RU
“Doğum evlərində ananın südü olsa da, körpəyə süni qida verilir” Pediatrdan qalmaqallı AÇIQLAMA

“Doğum evlərində ananın südü olsa da, körpəyə süni qida verilir” Pediatrdan qalmaqallı AÇIQLAMA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bildiyiniz kimi, bu gün “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsullarının müəyyən partiyaları dövriyyədən geri çağırılıb. Belə ki, ehtiyat tədbiri xarakterli geriçağırma qərarı “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsullara şamil edilib.
Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır. AQTA məlumat yayaraq bildirib ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:
“Doğum evlərində körpələrdə süni qidalardan asılılıq yaradırlar” – SENSASİON İDDİA


Bununla belə, Azərbaycanda da aptek və marketlərdə bu kimi süni körpə qidalarının satışı həyata keçirilir və bu gün valideynlərin çoxu övladını məhz bu qidalarla böyüdür.
Maraqlıdır, ümumiyyətlə süni qidaların hansı mənfi təsirləri var?
Bizim.Media-ya açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, süni qarışım alan uşaqların mədə-bağırsağında problemlər yaranır:
“Uşaqlara süni qarışıq vermək düzgün deyil. Biz illərdir, bunu deyirik. Bəzi doğum evlərində uşaq dünyaya gələn kimi anada süd olsa da, olmasa da süni qarışım verilir. Bu, qəti şəkildə yolverilməzdir. Özəl doğum evlərində əksər pediatrlar xaricdə təhsil almış gənc həkimlərimizdir.
Onlar müasir prtokollara uyğun yenidoğulmuşa süni qida təklif etmirlər. Ancaq bu qayda kütləvi və sistemli şəkildə deyil.  Əgər anada süd varsa, süni qida niyə verilsin? Südü smeslə qarışdırıb vermək də doğru deyil.
Bütün süni qarışım alan uşaqların hamısının mədə-bağırsağında problem var. Ya da əksəriyyətində allergik reaksiyalar var.
Bütün süni qarışımların qablaşdırılmalarında o qədər tərif dolu mətn yazırlar ki, adam düşünür ki, ana südü bunun yanında heç nədir. Amma təriflər yalandır, çünki bu süni qidadır”.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri