1 milyon insan işıqsız qaldı 11 nəfər öldü KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ-də qar fırtınası səbəbindən bir milyondan çox sakin işıqsız qalıb, 11 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, elektrik kəsintiləri əsasən ölkənin cənub ştatlarına təsir edib. Məlumata görə, Tennessi ştatında 330 mindən çox, Missisipi ştatında 160 mindən çox, Luizianada 135 mindən çox və Texasda 90 mindən çox müştəri elektriksiz qalıb.
Kolorado, İllinoys, İndiana, Missuri, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada güclü qar yağışı baş verib. Qar və buz səbəbindən ölkə daxilində aviaşirkətlər 11 mindən çox reysi ləğv ediblər.
Fırtına nəticəsində on bir nəfər ölüb. Tennessi, Kanzas, Nyu-York, Texas, Luiziana və Miçiqan ştatlarının hakimiyyət orqanları hava şəraiti ilə bağlı ölüm hallarının olduğunu bildiriblər.
(modern.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















