Kenan Yıldız onunla müqayisə olundu
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kenan Yıldız A Seriyasının Lamin Yamalıdır".
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri italiyalı futbol məşqçisi Fabio Kapello deyib.
"Yıldız heç kimin təsəvvür belə edə bilməyəcəyi şeylər edir. Onun zəngin təxəyyülü var və bunu başqalarına da ötürür. O, İtaliyanın Lamin Yamalıdır", - deyə Kapello bildirib.
Qeyd edək ki, Türkiyə millisinin futbolçusu 2022-ci ildə "Yuventus"a qoşulub. Yıldız Turin klubunun heyətində 132 rəsmi matçda meydana çıxıb, 27 qol vurub və 21 məhsuldar ötürmə edib. Cinah hücumçusu klubla müqaviləsinin müddətini 2030-cu ilin yayınadək uzadıb.
Baxış sayı:88
Bu xəbər 11 Noyabr 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















