1 Milyondan çox vətəndaş canlı növbədən keçib Vüqar Qurbanov
Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır".
Manset.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək.
Vüqar Qurbanov bildirib ki, TƏBİB tabeli tibb müəssisələrində səhiyyənin rəqəmsallaşdırılması ilə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub:
"Onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur və daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. Bu il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".
O vurğulayıb ki, günün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Dekabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















