Icma.az
close
up
RU
1 noyabr 2003 cü il: 22 illik yüksəliş marafonunun ilk günü

1 noyabr 2003 cü il: 22 illik yüksəliş marafonunun ilk günü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 oktyabr 2003-cü il tarixli andiçmə mərasimindəki nitqindən

Prezident İlham Əliyev həmin tarixdə dövlət başçısı kimi fəaliyyətə başlamışdır

Bəli, o, həmin il oktyabrın 31-də prezident seçkilərinin qalibi kimi and içmiş, ertəsi günü – noyabrın 1-də dövlət başçısı kimi siyasi fəaliyyətə başlamışdır. Yəni bu gün cənab Ali Baş Komandanımızın dövlət başçısı kimi işə başlamasının 22 ili tamam olur.

Maraqlıdır ki, onun Prezident kimi fəaliyyətə başlaması da noyabr ayının bəxtinə düşdü, ilk andiçmədə səsləndirdiyi “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir” – qətiyyətinin reallaşması da.

Onun “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” – cümlələri ilə əlli miyonluq xalqımıza gözaydınlığı verməsi də noyabr ayının bəxtinə düşdü, xalqımıza qarşı iki yüz ildən çox davam edən qanlı terror, təxribat, separatçılıq və işğal aktlarına son qoyulması da.

Amma ekspertlərin fikrincə, Ali Baş Komandanımızın noyabr zəfərləri hələ davam edir. Çünki bir həftədən sonra paytaxtımız Bakıda şanlı Zəfərin 5 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək. Biz o paradın tribunasında beynəlxalq aləmdəki sədaqətli dostlarımızı da görəcəyik, meydan boyu qətiyyətlə addımlayan qalib Azərbaycan Ordusunun mərd, mətanətli, şücaətli əsgər və zabitlərini də. Dünya növbəti dəfə Azərbaycanın hərbi gücünə şahidlik edəcək.

Tarixçilər yazırlar ki, bizim 2003-cü ilin bir noyabrından sonra qazandığımız uğurlar çox olsa da, ən böyük nailiyyətimiz ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətimiz, həmin tarixi dəyərin (Heydər Əliyev siyasi kursunun “tarixi dəyər” adlandırılmasını ilk dəfə Türkiyə Prezidenti Süleyman Dəmirəl dilə gətirmişdi) qorunub saxlanılması olmuşdur. Çünki son 22 ildə bizim əldə etdiyimiz nailiyyətlərin hamısının təməlində ulu öndər Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı siyasi kursun prinsipləri dayanır.

Xalqımız İlham Əliyevin Prezidentliyi dövründə ölkədə aparılan möhtəşəm tikinti-quruculuq işlərinə, misilsiz sosial layihələrin reallaşdırılmasına, müasir infrastruktur layihələrinin icrasına, beynəlxalq aləmdəki dost və tərəfdaşlarımızın sırasının genişləndirilməsinə, paytaxtımızın beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsinə də şahidlik etdi, Bakıda NATO – Rusiya və Rusiya – ABŞ ali hərbçilərinin görüşməsinə də şahidlik etdi, kosmosa rabitə və müşahidə peyklərinin göndərilməsinə də.

Beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə görə də bizi təbrik etdilər, həmin qurumun sessiya və iclaslarına sədrlik etməyimizə görə də. Tarixçilər Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsini, üstəlik, həmin sədrlik müddətinin daha iki il artırılmasını da gənc müstəqil dövlət üçün böyük uğur kimi etiraf etdilər, ölkəmizin BMT-nin mühüm tədbirlərindən olan COP29-a ev sahibliyi etməsini də.

Mütəxəssislərin fikrincə, Azərbaycanın son 22 ildəki uğurları arasında paytaxtımızın çoxsaylı beynəlxalq idman yarışlarına, mədəniyyət, musiqi tədbirlərinə evsahibliyi etməsi də var (Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula – 1 yarışları, FİFA və UEFA-nın təşkil etdiyi bəzi futbol yarışlarının keçirilməsi) Bakı Prosesi kimi möhtəşəm siyasi-diplomatik zəfər də. Təsadüfi deyil ki, Avropa mütəxəssisləri Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Prosesini “bütün din və konfessiyaların sabahına qayğı” kimi qiymətləndiriblər.

Xatırladaq ki, Bakı Prosesi və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu – Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

Həmin beynəlxalq təşəbbüsün məğzinə gəlincə isə, deməliyik ki, 2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edilmişdi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunmuş, Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdir.

Bu 22 ildə biz Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti ilə hərtərəfli əməkdaşlığa da imza atmışıq, Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsinə də, Ərəb Dövlətləri Liqası ilə fəal tərəfdaşlıq etməyə də.

Ən mühümü odur ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində qazanılan uğurların önündə ölkəmizin ərazi bütövlüyünün bərpası, İkinci Qarabağ müharibəsində qazanılan hərbi uğurlar, eləcə də ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi gedir.

İndi isə növbə yeni vüsət götürmüş “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılmasınındır. Bu istiqamətdə həyata keçirilən tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə təşkil edilən beynəlxalq tədbirlərin iştirakçıları, səyyahlar, turistlər və dünya mediasının təmsilçiləri tərəfindən yüksək qiymətləndirilir. Xüsusən, həmin ərazilərdə qısa müddətdə ərsəyə gəlmiş hava limanları, dəmir yolları, avtonəqliyyat infrastrukturu, yeni yaşayış massivləri, məktəblər, sosial obyektlər, bərpa edilmiş kənd və qəsəbələr heyrətamiz şəkildə diqqət çəkir.

Yuxarıda qeyd etdiyimiz kimi, son 22 ilin uğurları davam etməkdədir. İnanırıq ki, həmin uğurlar silsiləsini bu il avqustun 8-də Vaşınqtonda imzalanmış sənədlərin icrası daha da zənginləşdirəcəkdir.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri