Icma.az
close
up
RU
15 oktyabr 2003 cü il: 5 seçim, 22 il və yalnız QÜRUR!

15 oktyabr 2003 cü il: 5 seçim, 22 il və yalnız QÜRUR!

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqları dünyaya tanıdan təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin ötən 5 seçim, ümumilikdə isə 22 illik prezidentlik fəaliyyətinin qısa təhlili bu fikrin qəti qənaət olduğunu sübut edir.

22 ilin başlanğıcı 2003-cü il idi. Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən tarix: 15 oktyabr 2003-cü il. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalq həmin tarixdə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə özünə yeni Prezident seçdi. Ötən 22 ilin hər anı xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – deyən cənab Prezidentin qətiyyətlə söylədiyi bu fikrin təsdiqidir.

“Mən ona özüm qədər inanıram...”

Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və müasir dövrə uyğunlaşdıran Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi aləmində özünəməxsus yeri ilə seçilir. Bütün dünya dövlətləri onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşır. Bu gün dünyanın hər yerində söhbət Azərbaycandan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gedir.

2003-cü ilin 15 oktyabr Prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət təkcə Ulu Öndərin deyil, bütövlükdə, Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman və tarix sübut edib ki, Ulu Öndər siyasətdə heç zaman yanılmayıb. Ötən 22 ildə bunun bir daha şahidi olduq. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə şahid olduq. Sıravi vətəndaşdan tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan böyüyə hər kəsə qayğıda, ehtiramda gördük. Ölkə rəhbərinin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına qayğısında gördük. Ötən 22 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsində, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsində gördük. Nə üçün əsasən, ordu quruculuğu məsələsinin üzərinə gəldim? Çünki ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayırdılar. Onları ən çox düşündürən yurd yerlərinə qovuşmaq idi. Nə qədər inkişaf etmiş bir ölkədə yaşasalar da, hərtərəfli qayğı ilə əhatə olunsalar da, qaçqınlıq və köçkünlük acısı, yurd həsrəti vardı ürəklərdə. Onlar öz torpaqlarını istəyirdi. Qarabağ Azərbaycanın yarası idi. Bu yara sağalardısa, Azərbaycan tam ola bilərdi.

Yeri gələndə tarixçi, coğrafiyaçı, siyasətçi, yeri gələndə sıravi azərbaycanlı LİDER

Zaman göstərdi ki, məhz Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdıracaqdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevriləcəkdi. 30 il işğal olunan torpaqlara görə başını dik tuta bilməyən xalqın başını zirvələrə qaldıracaqdı. Xalqa qürurunu, namusunu, iffətini qaytaracaqdı. Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə tarixin 270 illik zaman kəsiyinin axarını dəyişəcəkdi.

Deyirlər, yaxşı ataların yaxşı oğulları olur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana məhəbbətinin, sevgisinin, torpaqlarımızın işğalına ürək ağrısının, onların bir gün geri qaytarılması üçün mübarizələrinin davamını cənab İlham Əliyevdə gördük. Gördük ki, O, tək ailəsinə məxsus övlad yox, ümumilikdə Azərbaycan xalqının övladı oldu. Gördük ki, dövlətimizin başçısı kimi fəaliyyət dövrünün hər anı ölkəmizin inkişafına, dünyada tanınmasına, bir də ata nəsihətlərinin həyata keçirilməsinə sərf edilib. Gördük ki, Qarabağ məsələsi bir an da unudulmayıb. Liderimizin bütün bayramlarda xalqa müraciətlərdə Qarabağın bir gün azad olunacağına əminliyini dinlədik. Bu torpaqların düşmən tapdağı altında inləməsini ürək yanğısı ilə yaşadığını hiss etdik. Onların bir gün yenə də bizim olacağına xalqı əmin etdiyini gördük...

Prezidentimiz ən mötəbər tədbirlərdə Qarabağla bağlı dünyaya üz tutdu. Qarabağ həqiqətlərini onlara çatdırdı. Bütün dünyanı haqq səsimizə səs verməyə çağırdı. Bu qədim torpaqların Azərbaycana məxsusluğunu tarixi faktlarla sübut etdi. Bizim Prezidentimiz yeri gələndə tarixçi oldu, yeri gələndə coğrafiyaçı, yeri gələndə siyasətçi, yeri gələndə sıravi azərbaycanlı. Mükəmməl olaraq rus və ingilis dillərdə mötəbər kürsülərdəki səlis nitqləri ilə bir tərəfdən azərbaycanlı olduğu, bizim Lider olduğu üçün, digər tərəfdən isə xalqın istəklərini aydın çatdırdığı üçün qürur duyduq.

Bizim Prezidentimiz Azərbaycanın sülhün tərəfində dayandığını bütün dünyaya bəyan etdi. Dünyanı sülhə çağırdı. Ermənistanın dinc yolla torpaqlarımızı qaytarmasını tələb etdi. Liderimiz ikinci yolu da birinci yolla paralel inkişaf etdirirdi. Bu, hərb yolu idi. Dəfələrlə çıxışlarında, beynəlxalq tədbirlərdə açıq şəkildə bildirirdi ki, torpaqlarımız sülh yolu ilə qaytarılmazsa, hərb yolunu seçməli olacağıq. Belə də oldu. İkinci yolun harada və nə vaxt başlanacağını böyük uzaqgörənliklə hazırlayan cənab İlham Əliyev dünyanın qulaqlarının sülh çağırışına kar olduğunu bir daha yəqin edəndən sonra, ikinci yola çıxmağın zamanını bəyan etdi. Bu yol Ermənistanın yeni torpaqlar iddiasına dərhal verilən cavabla başlandı. 27 sentyabr 2020-ci il Qarabağın azadlığına gedən yol oldu. Cəmi 44 gün davam edən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının böyük Zəfəri ilə bitdi və tarixin 270 illik axını dəyişib göstərdi ki, analar dünyaya 200-300 ildənbir elə oğullar gətirir ki, o oğullar zamana hökm oxuya bilir...

90-ların səhvini 2020-də düzəldən LİDER

Qarabağ 1990-cı ildə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının tarixin də, bu xalqın da bağışlamayacağı səhvi idi. Vəzifədə qalmaq, kürsülərini qorumaq üçün rus imperiyasının son qalıqlarına satılan, torpaqlarımızı Ermənistana hədiyyə etməklə yerlərini möhkəmlətmək istəyən bir qruplaşmanın böyük səhvi idi. Bu, səhvdən də çox ağıla gəlməyən qəbahət idi. Satqınlıq, Vətənə xəyanət, millətə qarşı günah idi. Sən vəzifə üçün bir xalqın dədə-baba yurdunu, əzəli torpaqlarını necə sata bilərsən? Necə razılaşmaq olardı ki, erməni gecənin birində sənin soydaşının qapısında peyda olsun, onu silahın burnunda evindən çıxarıb qışın şaxtasında, ayazında yurdundan qovsun, insanlar yurdsuz, ev-eşiksiz qalsın, illərlə dişi-dırnağı ilə qurub-yaratdığı evini qoyub, dədə-baba ocağını tərk etsin. Nədir ki, sən vəzifədə qalasan, ağılsız olduğun halda hakimiyyəti zəbt edəsən.

Bəli, Qarabağ 90-cı illərin hakimiyyət vurğunlarının qurbanı olmuşdu. Minlərlə insanın ah-naləsini hələ də çiyinlərində daşıyan qruplaşmanın satqınlığının qurbanı olmuşdu. Bunu xalq sonradan bildi, AXC-Müsavat birliyinə etimadını itirdi. Onlarin hakimiyyətdən uzaqlaşmasını tələb etdi. Çünki gözlərinin qarşısında məcburi köçkünlükdə əzab çəkən minlərlə insan vardı. Azərbaycanın işğal olunan baş tacı Qarabağ vardı. Bir də bu işğala görə başını dik tuta bilmən xalq vardı. Nə vaxt, harada Qarabağdan söz düşürdüsə, başımızı aşağı dikirdik. Utanırdıq torpaqlarımızın işğal altında olmasından. Bütün bunları isə xalqa onlar bəxş etmişdi.

Cənab İlham Əliyev 90-ların səhvinin düzəldilməsi üçün uzun illər mübarizə apardı. 90-cı illərdə iqtisadi tənəzzülə uğrayan ölkənin bu vəziyyətini 1993-cü ildən etibarən aradan qaldıran, Azərbaycanda yeni Azərbaycan yaradan, bu qruplaşmanı xalqın yaxasından qoparıb atan Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf konsepsiyasını 2003-cü ildən uğurla davam etdirən dövlətimizin başçısı böyük zəhmət nəticəsində 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. 2023-cü ilin 20 sentyabrında Xankəndidə birgünlük anti-terror əməliyyatı ilə ərazi bütövlüyünə nail olub suverenliyimizi bərpa etdik.

Müharibə böyük itkilərlə başa çatdı. Bu itkilərin də səbəbkarları onlardır-AXCP-Müsavat. Onların səhvləri düzəldilsə də, torpaqlarımız azad edilsə də, Böyük Qayıdış başlansa da, AXCP-Müsavat birləşməsinin üzvlərinin bu xalqa vurduqları maddi və mənəvi zərər heç vaxt unudulmayacaq.

Azərbaycan gəncliyinə nümunə LİDER

Heydər Əliyev və Zərifə xanım Əliyevanın böyüdüb tərbiyə etdiyi övladı öncə ata-anadan, ailədəki dəyərlərdən, sonra isə xalqın bu ailəyə etimadından, böyük Heydər Əliyevə nüfuzundan, onun mənəvi və siyasi varisinin Heydər Əliyev yolunu uğurla davam etdirəcəyinə böyük inamından aldığı güclə böyük Liderə çevrilə bildi. Xalq öz Liderinin ətrafında sıx birləşdi. Müharibədə Prezidentimizin düşmənə göstərdiyi dəmir yumruğun rəmzi mənası var idi. Bu, bütün xalqın gücünü özündə toplayan bir yumruq idi. Düşmənin üzərinə endirilən birgə həmlə idi.

Xalqın birlik, həmrəylik nümayiş etdirməsi öz Liderinə inamından, arxalanmasından irəli gəlirdi. Gənclərimizin cəbhəyə axın etməsi, səfərbərlik məntəqələri qarşısında gecəli-gündüzlü Ali Baş Komandanın əmrini gözləməsi ötən 35 ilin əvvəlindəki hakimiyyət nümayəndələri ilə müqayisə belə edilə bilməyəcək bir Liderə sahib olmağımızın nəticələri idi.

Minlərlə gəncin böyük sərkərdənin bir əmri ilə döyüşə yollanması gənc nəslin dövlətinin başçısına etimadının göstəricisi idi. Hansı ki, Ermənistan tərəfdə vəziyyət heç də belə deyildi. Bu, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən də etiraf olunmuşdu. Onun söylədiyinə görə 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunun təxminən 25%-i - 11 min nəfəri fərarilik edib, döyüşlərdən qaçıb. O, Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətlərinə, çağırışlarına da cəmiyyətdən tutarlı reaksiya gəlmədiyini etiraf edirdi. Başqa sözlə, erməni gəncləri Paşinyanın çağırışlarını cavabsız buraxıb - zorla ordu sıralarına cəlb edilənlər isə çıxış yolunu qaçmaqda gördü.

Bizim gənclərin vətənpərvərliyi isə cənab İlham Əliyevin Azərbaycanda yarada bildiyi ictimai mühitin bəhrələri idi. Vətəndaşına yanaşmasının, hər yaş qrupunda olan insanlara eyni qayğı göstərməsinin, gənclər üçün yaradılan hərtərəfli şəraitin, ən əsası isə onlara vətənpərvərliyin aşılanmasının nəticələri idi.

Bizim Prezidentimizin özü Azərbaycan gəncliyinə bir nümunə idi. Gənclik Liderimizin beynəlxalq kürsülərdə səsləndirdiyi fikirləri sosial şəbəkələrdə paylaşırdı. Liderimizin müharibə dövründə xarici mətbuat nümayəndələrinə verdiyi onlarla müsahibədəki qətiyyətli cavablar hər bir gəncin sosial şəbəkə manşetinə çevrilmişdi. Bu gün də elədir. Bu gün Azərbaycanda Prezientimizin fəaliyyətini, dəyərli fikirlərini dərhal gənclərimizin sosial şəbəkələrdəki paylaşımlarında görmək olur. Bu, inamdır, arxalanmaq, etibar etməkdir. Bir də xalqın Liderinə sevgisidir. Bu sevgi isə düz sərhədlərimizə qədər uzanır. Ölkəmizin sərhədlərinin, ərazi bütövlüyünün qorunması üçün hər kəsin sinəsini sipər etməsini şərtləndirir.

Xalqını xoşbəxt gələcəyə aparan LİDER

Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.

Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərinə düşən öhdəlikləri icra etməsələr də, bizim Liderimiz bu məsələni dünya səviyyəsində-ABŞ Prezidenti ilə həll etdi. Bununla da Azərbaycanın gücünü, nə qədər zəngin bir coğrafiyaya malik olmasını, bu coğrafiyanın dünyanın bir tərəfindən o biri tərəfinə yol açmasını bir daha dünyaya göstərdi. Artıq dünyanın böyük ölkələri də bizi dinləyir, çünki haqqın tərəfimizdə olduğunu anlayır.

Beləliklə, qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Çünki bütün bunların hər biri ayrı-ayrılıqda Prezidentimizin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.
Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.

Son 19 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.

***

Azərbaycan xalqı inandığı, etibar etdiyi, arxalandığı və sevdiyi Lideri ilə xoşbəxt gələcəyə doğru bir yolçuluğa çıxıb. Bu yolçuluqda hər an Ümummilli Liderimiz Heydər Əliyevin və xalqımıza müzəffər sərkərdə bəxş edən Zərifə xanım Əliyevanın parlaq ruhları bizimlədir. Çünki ağsaqqal, ağbircək olan yerdə Allah var. Ata vəsiyyətini reallaşdıran və bunu Şuşanın alındığı gün Bakıda Şəhidlər Xiyabanında böyük qürurla söyləyən Prezidentimiz xalqımızın çoxəsrlik ailə dəyərlərini qoruması ilə də nümunə oldu.

Nə xoşdur ki, Qarabağımızı-torpaqlarımızı, şərəf və namusumuzu xilas edən LİDERİMİZ var. Nə xoşdur ki, övladlarımız hər addımı Liderləri və dostları cənab İlham Əliyevdən öyrənirlər. Öyrənirlər ki, onlar da əsl övlad, əsl vətəndaş ola bilsinlər.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see280

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see247

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri