Icma.az
close
up
RU
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? ŞOK DETALLAR

1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? ŞOK DETALLAR

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşidov Mustafa Süleyman oğlu vətəndaşlara məxsus torpaq sahələrinə çıxarışlar verməmək üçün bütün qanunsuz vasitələrə əl atır.

Peçatsız, möhürsüz blanklardan istifadə edərək imtina qərarları çıxarır. Hələ bütün bunlar azmış kimi vətəndaşlara doğma valideynlərindən miras qalan bağ sənədlərini də tanımır, onlara çıxarış verməmək üçün min bir yola əl atır. Bu işdə xüsusi canfəşanlığı isə Mustafa Rəşidovun müavini Aidə Məmmədli göstərir. Görünür, müdir və müavini əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edirlər. Buradan isə ortaya iki nəticə çıxır. Ya Mustafa Rəşidov və müavini Aidə Məmmədli əlbir fəaliyyət göstərirlər, ya da Mustafa müəllimin müdir kimi sadəcə adı var. Yəni idarədə onun yox, müavini Aidə Məmmədlinin sözü keçir. Nəticədə isə vətəndaşları dövlətdən narazı salırlar. Vətəndaş və dövlət arasında böyük uçurumun yaranmasına səbəb olurlar. İndi görün 1 saylı ərazi idarəsi və onun rəhbərliyi bu cür özbaşınalıqlar və qanunsuzluqlar edirsə, o zaman Əmlak Məsələləri Dövlət Xidmətinin və onun tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rəhbərliyi vəzifələrindən necə sui-istifadə hallarına yol verirlər. Necə deyərlər, "Balıq başdan iylənir". Görünən odur ki, Mustafa müəllim bu qanunsuzluqları ona göz yuman öz rəhbərliyindən öyrənib. Əks halda ona "dur" deyən tapılar və vətəndaşların incidilməsi hallarına icazə verilməz, həmçinin dövlət və vətəndaş arasında uçurum yaradılmaz, vətəndaşı dövlətə qarşı qoymazdılar.

Üstəlik, nə hikmətdirsə, Mustafa Rəşidova məhkəmələr də bata bilmir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin qəbul etdiyi qanunsuz qərarlardan məhkəmələrə şikayət edən vətəndaşların əli boşa çıxır. Görünür Mustafa müəllim məhkəmələrə yol tapmağın "yolu"nu da çox yaxşı bilir. Vətəndaşa valideynlərindən qalan bağ sənədlərinin doğruluğunu arxiv sənədlərinə baxaraq yoxlamaq əvəzinə, onlara birbaşa çıxarış verməkdən imtina edən Mustafa müəllimə və onun havadarlarına yəqin ki, "dur" deyən tapılacaq. Çünki Bakı 1 saylı ərazi idarəsini əməlli-başlı rüşvət və korrupsiya idarəsinə çevirib. Rüşvət verməyənlər isə Mustafa müəllimin "qara siyahı"sına düşür. Nəticədə isə əziyyət çəkən yenə vətəndaşlardır. Hərçənd bu ölkədə şah qanun deyil, qanun şahdır. Ümid edirik ki, Mustafa müəllim barədə aidiyyatı qurumlar müvafiq araşdırmaya başlayacaqlar və onun qanunsuz əməllərinin davam etməsinə imkan verməyəcəklər.

TəhsilMedia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri