Icma.az
close
up
RU
Netanyahudan şok Bakı tapşırığı: sirli qonaq paytaxtımıza endi Detallar

Netanyahudan şok Bakı tapşırığı: sirli qonaq paytaxtımıza endi Detallar

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Stiv Uitkoff : “ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin arasında böyük dostluq var”

Makler-diplomat: o kimdir?

Stiv Uitkoff (ing. Steve Witkoff) bu günlərdə Moskvada Vladimir Putinlə gizli görüş keçirib oradan Bakıya uçmuşdu. Aydındır ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmaq üçün Bakıya gəlib. Özü də martın 15-i cənab Uitkoffun (1957) ad günü idi.

Sözügedən səfərlə bağlı geniş məlumat yayan İsrailin “The Jerusalem Post” qəzeti yazmışdı ki, yüksək rütbəli ravvinlər prezident Donald Trampa “Avraam müqaviləsi”nin (İbrahim sazişləri – red.) genişləndirilməsi, o cümlədən İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsi üçün çağırış edib. Həmin məktubda bədnam 907-ci düzəlişin aradan qaldırılmasının vacibliyinə də toxunulub. Bu ideyanın müəllifi isə heç şübhəsiz, İsrailin Baş naziri Benyamin Netanyahudur. O, Knessetdəki (parlament) çıxışında bu məsələləri gündəmə gətirmişdi.

“The Jerusalem Post” da ABŞ və Rusiya prezidentlərinin Bakıda görüşə biləcəklərini yazmışdı. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyənləşdirə biləcək belə bir görüşün məhz Bakıda baş tutması üçün hərəkətə keçib.

Bəs, Stiv Uitkoff kimdir? Yazıda bu suala cavab verməyə çalışacağıq.

O, milyarder, hüquqşünas və diplomat kimi tanınır. Uitkoff Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisidir. Karyerasına daşınmaz əmlak üzrə vəkil kimi başlasa da, tezliklə özü bu sahəyə investisiya qoyub. Cənab Uitkoffun təkcə ABŞ-da deyil, həmçinin Yaxın Şərqdə də geniş biznes əlaqələri var. Nyu-Yorkdan başqa Las Veqas və London kimi şəhərlərdə çoxsaylı mülklərə sahibdir. 2024-cü ilin noyabrında yeni seçilmiş prezident Donald Tramp Uitkoffu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqladı. O, rəsmi olaraq bu vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail ilə HƏMAS arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı. Uitkoff Trampın Yaxın Şərqdən əlavə Rusiya üzrə de-fakto elçisi sayılır.

Əslən yəhudi olan Ağ Ev rəsmisi Nyu-Yorkda (Bronks) anadan olub, orada böyüyüb. O, Martin və Lois Uitkoffun oğludur. Atası Nyu-Yorkda qadın paltolarının istehsalçısı olub. Stiv 1983-cü ildə Hofstra Hüquq Məktəbini bitirib.

“The Wall Street Journal “ yazır ki, Stiv Uitkoffun diplomatik təcrübəsi yoxdur. Ancaq “Daşınmaz əmlak dünyasındakı həmkarları həmişə onu ağıllı, diqqətçəkən və sadə davranışı olan istedadlı biri kimi təsvir edirlər”.


Stiv Uitkoff

Stiv 1983-cü ildə hüquq fakültəsini bitirdikdən sonra Nyu-York şəhərində daşınmaz əmlakla məşğul olan hüquq firması” Dreyer & Traub”da işləyib. Buranın müştərilərindən Donald Trampla tanış olub, münasibətləri daha sonra dostluğa çevrilib.

15 sentyabr 2024-cü ildə Uitkoff Florida ştatının “West Palm Beach” şəhərindəki “Trump International Golf Club”da Ağ Evin hazırkı rəhbəri ilə qolf oynayarkən, Rayan Wesley Routh Trumpa sui-qəsd məqsədi ilə atəş açdı. Həmin vaxt onlar bir yerdə idilər.

Uitkoff 9 noyabr 2024-cü ildə keçmiş ABŞ senatoru Kelly Loeffler ilə birlikdə Trampın ikinci prezidentliyi üçün İnauqurasiya Komitəsinin həmsədri seçilib.

Stiv Uitkoffun yanaşması ənənəvi diplomatik üsullardan xeyli fərqlənir. Məsələn, o, İsrailin Baş naziri Benyamin Netanyahuya HƏMAS-la razılaşmanı yekunlaşdırmaq üçün təzyiq göstərib. Donald Trampın razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb və nəticədə Fələstin qruplaşması ilə anlaşma əldə olunub.

Tramp 11 fevral 2025-ci ildə Uitkoffu Moskvaya göndərdi, o, prezident Vladimir Putinlə görüşdü və Rusiya vətəndaşı Aleksandr Vinnikin müqabilində ABŞ vətəndaşı Mark Fogelin həbsxanasından azad edilməsinə nail oldu.

Uitkoff Putin və Trampla bağlı belə deyir: “Məncə, onların böyük dostluğu var idi və indi də bunun davam edəcəyini düşünürəm. Bu, dünya üçün həqiqətən yaxşı bir şeydir”.

Ağ Ev rəsmisi 16 fevral 2025-ci ildə Kiyev hökuməti və Avropanın Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlar zamanı kənarda qalacağına dair narahatlıqları rədd etdi. 2025-ci il fevralın 18-də ABŞ Dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqları üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşdülər. Rubionu Stiv Uitkoff və Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals müşayiət edirdi.

Hazırda da o, Tramp administrasiyası ilə Kreml arasında əsas ünsiyyət kanalı kimi gündəmdədir.

Uitkoff Manhettenin yuxarı şərq tərəfində yaşayırdı. O, 1987-ci ildə hüquq firmasının əməkdaşı olan Lauren Jill Rappoportla evləndi və 2019-cu ildə Nyu-Yorkdan Floridaya köçərək Mayami-Biçdə məskunlaşdı.

Cütlüyün üç oğlu olub. 2011-ci ildə onların 22 yaşlı oğlu Endryu narkotik maddənin istifadəsi zamanı doza həddini aşdığına görə ölüb. Digər övladları Zak, kriptovalyuta şirkəti olan “World Liberty Financial”ın həmtəsisçisidir. Onların kiçik oğlu Alexander isə “Witkoff Group”un baş direktorudur.

Elbəyi Həsənli
Sürix
/globalinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri