10 ayda nə qədər avtomobil istehsal etmişik?
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.
Turkustan.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb. Maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb. 2024-сü ilin yanvar-oktyabr aylarında 4 min 433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 57 ədəd çox minik avtomobili istehsal olunub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb. /Valyuta.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















