Xamenei Putindən bunu istədi Məktub açıqlandı
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın ali dini lideri Müctəba Xamenei Rusiya Prezidenti Vladimir Putindən S-400 zenit-raket komplekslərinin tədarük edilməsini xahiş edib.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Müctəba Xameneinin məktubu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezainin Moskvaya son səfəri və Rusiya prezidenti ilə görüşü zamanı Putinə çatdırılıb.
Nəşr qeyd edir ki, Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini yenidən bərpa etməyə ümid edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi isə buna cavab olaraq öz hücumlarını həyata keçirib.
İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıb. Lakin sonradan tərəflər yenidən bir-birinə zərbələr endiriblər. Hazırda münaqişə həllini tapmayıb.
Tehran daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı variantları da əhatə edən yeddi şərtlik planını ABŞ-a təqdim etdiyini açıqlamışdı. Bu plan dəniz blokadasının və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin ABŞ Prezidenti Donald Tramp həmin təklifi rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Noyabr 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















