Icma.az
close
up
RU
10 dəqiqəyə 4 trilyon QAZANC Tramp bunu NECƏ BACARDI?

10 dəqiqəyə 4 trilyon QAZANC Tramp bunu NECƏ BACARDI?

Icma.az bildirir, News24 portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələyib.

Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. 

"75-dən çox ölkənin Birləşmiş Ştatların nümayəndələrini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasilə və əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim”, - ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəyə idxal olunan məhsullara tətbiq ediləcək yeni vergi dərəcələri müəyyəm edilib. Və vergi dərəcəsi tətbiq edilən siyahıya ümumilikdə 185 ölkə daxil edilib. Trampın bu qərarı aprelin 5-də qüvvəyə mindi.

4 gündə nə dəyişdi?

Qərar qüvvəyə minər-minməz dünyanın iqtisadi həyatında çox böyük bir təlatüm başladı.

Birjalarda kəskin ucuzlaşma baş verdi. Ən böyük zərər görənsə neft-qaz sektoru oldu. Bu sahədə birja qiymətləri son 4 ilin ən aşağı həddinə düşdü. Təbii ki, iqtisadiyyatında neft-qazın aparıcı rol oynadığı ölkələr bundan çox böyük ölçüdə ziyan gördü. Məsələn, Venesuelada düşən qiymətlərin sığortalanması və ölkə iqtisadiyyatını defoltdan xilas etmək üçün  fövqəladə vəziyyət elan edildi.

Təbii ki, Trampın bu qərarı dünyanın ən böyük əmtəə istehsalçısı olan Çin iqtisadiyyatına da təsirsiz ötüşmədi. Son günlər yuan sürətlə dəyər itirməyə başladı. Çindən Amerikaya göndərilən yüz milyonlarla dəyərində əmtəə limanlarda qaldı. Bunu görən rəsmi Pekin ABŞ məhsullarına da da 34 faizlik vergi tətbiq edəcəyini bildirdi.

Amma rəsmi Vaşinqtonun da bu təhdidə qarşı cavabı gecikmədi. Amerika lideri bəyan etdi ki, ABŞ Çin mallarına tətbiq edilən rüsumları dərhal 125%-ə qaldıracaq.

Bundan sonra isə digər ölkələr kimi Çin höküməti də Ağ Evlə dil tapmağa çalışdı. Amma Tramp qərarından geri çəkilmək fikrində deyildi. Qərar qüvvəyə minəndən sonra Tramp bəyan etdi ki, ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.

O, bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır:

"Problem odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyac da yoxdur. Çünki tariflər işləyir və ölkəyə daha əvvəl görmədiyimiz səviyyədə pul axır”.

Tramp hədəfinə çatdı

Beləcə, Tramp tək bir qərarı ilə dünyanın aparıcı dövlətlərini dizə gətirdi. Son nəticədə isə ABŞ cəmi 10 gündə trilyonlarla dollar qazanc əldə etdi. Hətta Demokratların Çinə qarşı Tayvan layihəsini puça çıxardı. Tramp sübut etdi ki, ağıllı iqtisadi siyasət istənilən müharibə layihəsindən daha mənfəətlidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, sadəlövh insanlar düşünür ki, Tramp rəhmə gəldi və sərt tarif qərarını 90 gün təxirə saldı:

“Xeyr! Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı.  Bəli, cəmi 10 dəqiqə. Halbuki, müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır. Siyasətdə isə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir.

Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur”.

Tək bir qərarı ilə Tramp sübut etdi ki, ABŞ supergücdür və belə olmaqda davam edəcək.

İstənilən ölkə özünü müstəqil və güclü hesab etsə belə Ağ Evin bir qərarı ilə nəinki həmin ölkə, hətta dünya öz məhvərindən oynaya bilir. Bu hadisə bir də onu sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.

Nəzərə alaq ki, Tramp öz qərarından geri çəkilməyib. Sadəcə bu qərarın bəzi ölkələri tətbiqini 3 ay ləngidib.

Bu nə deməkdir?

Bu o deməkdir ki, Ağ Ev dünya ölkələri ilə bazarlığa oturur. Yaxın 3 ayda hansı ölkə Vaşinqtonun tələblərini yerinə yetirməsə, o zaman həmin ölkələrə yeni vergi dərəcəsi tətbiq olunacaq. Maraqlıdır ki, bəzi ölkələr artıq Vaşinqtonla dil tapmağı bacarıb. Məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ yaxın zamanlarda ABŞ-a 2 trilyon dollar sərmayə yatırmağı boyuna götürüb. Yəqin ki, yaxın günlərdə digər ölkələrdən də anoloji addımları görəcəyik.

Bütün bunlarsa onu göstərir ki, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Dünya inzibati qaydada qlobal güclər tərəfindən idarə olunur. Bu inzibatçılıqdan xilas üçünsə dünyanın yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri