Rumıniyada nazirlik binasında HADİSƏ: insanla dolu lift qırıldı
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Buxarestdə Rumıniya Nəqliyyat Nazirliyinin yerləşdiyi binada içində insanların olduğu lift qırılaraq bir neçə mərtəbə aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Romania Journal" məlumat yayıb.
Hadisə nəticəsində liftin kabinası bir neçə mərtəbə aşağı düşüb və içərisində olan 7 nəfər xəsarət alıb. Onlardan beşinə tibbi yardım göstərilib.
Qeyd olunur ki, liftin texniki xidmətinə cavabdeh olan şirkət hadisədən bir gün əvvəl təmir işləri aparıb. Bu işlərə kanatların tamamilə dəyişdirilməsi daxil olub.
Fövqəladə hadisədən sonra əlavə yoxlamalar aparmaq üçün binadakı bütün liftlərin fəaliyyəti dayandırılıb.
Bizim.Media
Baxış sayı:135
Bu xəbər 21 May 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















