10 il milli komandada işləyən həkim ginekoloq imiş...
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
2026-cı il dünya çempionatında uğursuz çıxış edən Seneqal millisində qalmaqallı faktlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdullah Fall keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, son 10 ildə milli komandada çalışan həkim Əbdürrəhman Fedor peşəkar idman təbabəti üzrə deyil, ginekologiya və mama-ginekologiya ixtisası üzrə fəaliyyət göstərib.
Federasiya rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, həkimin peşəkar futbolçuların tibbi nəzarətini həyata keçirmək üçün zəruri ixtisası olmayıb.
Qalmaqallar bununla da yekunlaşmayıb. Federasiya prezidenti ABŞ-də keçirilən dünya çempionatına hazırlıq düşərgəsində qənaət məqsədilə milli komandanın aşpazının səfərinə vəsait ayrılmadığını da açıqlayıb. Nəticədə futbolçular gündəlik qidalanmalarını onlayn sifariş xidmətləri vasitəsilə təmin ediblər.
Bu səbəbdən oyunçular yarış dövründə yüksək fiziki hazırlıq üçün vacib olan xüsusi idman qidalanmasını ala bilmədiklərini bildiriblər.
Qeyd edək ki, Seneqal millisi dünya çempionatının 1/16 final mərhələsində Belçikaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Komandanın uğursuz çıxışından sonra baş məşqçi Babi Tiau vəzifəsindən göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















