Seymur Səfərli: Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi genişlənir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Bu il ölkə üzrə təxminən 173 min ton pomidor və 187 min ton xurma 73 ölkəyə ixrac olunub ki, bu da Azərbaycanın ixrac potensialının artmasını göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pambıqçılıqda da əsas hədəfin əkin sahələrini artırmaq deyil, müasir texnologiyalar hesabına məhsuldarlığı yüksəltməkdir.
“Lazer hamarlama, müasir suvarma və damlama suvarma sistemlərinin tətbiqi, eləcə də inteqrir mübarizə vasitələrindən istifadə pambıqçılıqda prioritet istiqamətlərdəndir. Məhsuldarlığın yüksəldilməsi üçün keyfiyyətli toxumçuluğun inkişafı, torpaq və su ehtiyatlarından səmərəli istifadə, inteqrir bitki mühafizəsi, rəqəmsallaşma və dəqiq əkinçilik texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu il qəbul edilmiş toxumçuluq haqqında qanun və toxumluq sahələrinin rəqəmsal aprobasiyası yerli toxumçuluğun inkişafı üçün yeni imkanlar yaradır. Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 300 min hektara çatdırılması nəzərdə tutulur. Kənd təsərrüfatında rəqəmsal texnologiyaların, o cümlədən peyk monitorinqi, dronlar və süni intellektə əsaslanan həllərin tətbiqi getdikcə genişlənir”, - deyə Seymur Səfərli vurğulayıb.
Nazir müavini qeyd edib ki, bütün bu tədbirlərin yekun nəticəsi tarlada, hər hektardan əldə olunan məhsuldarlıqla ölçülür: “Buna görə də aqronomların peşəkarlığı, təşəbbüskarlığı və məsuliyyəti Dövlət Proqramının uğurla icrasında əsas şərtlərdən biridir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















