10 ildən sonra ilk dəfə birgə bunu etdilər
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hollivud ulduzları Ancelina Coli və Bred Pitt ayrılıqlarından təxminən 10 il sonra ilk dəfə birgə açıqlama yayıblar.
Axşam.az xəbər verir ki, keçmiş cütlük Fransada yerləşən “Chateau Miraval” şərab zavodu ilə bağlı uzunmüddətli mübahisəni məhkəməyə getmədən həll etdiklərini bildiriblər.
“Biz ailəmizin maraqlarını nəzərə alaraq mübahisəni məhkəmədən kənar yolla həll etdik və məsələ ilə bağlı əlavə şərh verməyəcəyik” deyə, onların nümayəndələrinin “The Telegraph” nəşrinə açıqlamasında bildirilib.
51 yaşlı Coli və 62 yaşlı Pitt mediada bundan sonra yayımlanacaq, adları açıqlanmayan mənbələrə istinad edən şərhlərin onlara və ya yaxınlarına aid olmadığını da vurğulayıblar.
Aktyorlar qarşılıqlı iddialarından imtina etmək üçün artıq məhkəməyə müvafiq sənədlər təqdim ediblər. Beləliklə, 2027-ci ilin əvvəlində Los-Ancelesdə keçirilməsi planlaşdırılan və andlı iclasçıların iştirak edəcəyi məhkəmə prosesinin qarşısı alınıb. Razılaşmanın maliyyə və hüquqi şərtləri isə gizli saxlanılır.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2008-ci ildə Fransanın cənubunda yerləşən “Chateau Miraval” mülkünü və şərab zavodunu alıblar. Cütlük 2014-cü ildə də məhz burada ailə qurub.
2016-cı ildə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. Buna səbəb şəxsi təyyarədə baş verən münaqişə olub. Colinin iddiasına görə, həmin vaxt sərxoş olan Pitt ona və uşaqlarına qarşı fiziki zorakılıq tətbiq edib. Onların nikahı yalnız 2024-cü ilin sonunda rəsmən pozulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















