Icma.az
close
up
RU
10 KOB da “Startap”çı oldu

10 KOB da “Startap”çı oldu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında 16 layihəyə baxılıb. Nəticədə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 kiçik və orta biznes subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.

KOBİA-nın məlumatına əsasən, “Startap” şəhadətnamələri “Smartcart” MMC-nin pərakəndə ticarət obyektlərində özünəxidmət əsaslı alış-veriş və ödəniş proseslərinin rəqəmsal idarə olunmasını təmin edən platforması, “İ Happy” MMC-nin rəqəmsal hədiyyə kartlarının əldə edilməsi, idarə olunması və istifadəsini təmin edən onlayn platforması, “Kataloq Shop” MMC-nin satış, inventar, CRM və logistika proseslərini vahid sistem üzərindən idarə edən onlayn platforması, “Eintree Solutions” MMC-nin ictimai iaşə obyektlərində sifariş və idarəetmə proseslərini vahid platformada birləşdirən rəqəmsal həlli, “Dahacox” MMC-nin gül və hədiyyələr üçün elektron ticarət (marketpleys) platforması, “FitNest” MMC-nin idman və sağlam həyat tərzi xidmətləri üçün vahid rəqəmsal platforması üçün təqdim edilib.

Eyni zamanda, fiziki şəxslər Bəhruz Quliyevin yükdaşımaların sifarişi, izlənilməsi və idarə edilməsini təmin edən rəqəmsal logistika və Ümid Rzazadənin restoranların sifariş və idarəetmə proseslərini optimallaşdıran rəqəmsal idarəetmə platformalarına, “Talantly” MMC-nin istedadların qiymətləndirilməsi və karyera inkişafını dəstəkləyən süni intellekt əsaslı platforması, “Modbender” MMC-nin rəqəmsal platformalarda təqdim olunan geyim və aksesuarların modaya uyğun kombinasiya edilməsini təmin edən rəqəmsal xidmətinə də “Startap” şəhadətnamələri verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.

Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri