Icma.az
close
up
RU
10 manata “WhatsApp” yazışmalarını izləmək olarmı? KONKRET

10 manata “WhatsApp” yazışmalarını izləmək olarmı? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən bəzi səhifələr istifadəçilərə “10 manat qarşılığında istənilən nömrənin WhatsApp yazışmalarını izləmək” xidməti təklif edir.

KONKRET.az xəbər verir ki, həmin səhifələr ödəniş edildikdən sonra istifadəçiyə xüsusi link göndərildiyini, bu link vasitəsilə istənilən telefon nömrəsinin “WhatsApp” yazışmalarına nəzarət etməyin mümkün olduğunu iddia edirlər.

Bəzi istifadəçilər bu vədlərə inanaraq göstərilən bank kartlarına ödəniş edir və nəticə əldə etməyə çalışırlar. Lakin mütəxəssislər bildirir ki, bu cür təkliflər tamamilə saxtadır və ciddi risklər daşıyır.

Ekspertlərin sözlərinə görə, ilk növbədə “WhatsApp”ın təhlükəsizlik sistemi kənar şəxslərin yazışmaları izləməsinə imkan vermir. Belə bir “xidmət” texniki baxımdan mümkün deyil. Bu səhifələrin əsas məqsədi vətəndaşları aldatmaq, onların pul vəsaitini ələ keçirmək və eyni zamanda şəxsi məlumatlarını oğurlamaqdır.

Xəbərdarlıq edilir ki, göndərilən linklər vasitəsilə istifadəçilərin telefonuna zərərli proqramlar yüklənə, bank kartı məlumatları, sosial şəbəkə hesabları və şəxsi yazışmalar ələ keçirilə bilər. Bundan başqa, başqasının şəxsi yazışmalarını izləməyə cəhd göstərmək qanunla qadağandır və bu, cinayət məsuliyyəti yarada bilər. Belə “xidmət”lərdən istifadə edən şəxslər də hüquqi məsuliyyət daşıya bilər.

İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında bildirib ki, bu cür elanlar dələduzların pul qazanmaq üçün qurduğu tələlərdir:

“Belə elanlara tez-tez rast gəlirik. Kimisi pul qarşılığında bank kredit borcunu siləcəyini, kimisi universitetdə tələbənin qeyri-məqbul qiymətini düzəldəcəyini vəd edir. Əlbəttə ki, bunların hamısı fırıldaqçıların işidir. Bankın kredit borcunu silməyi bacaran adam həmin vəsaiti elə bankdan özü götürər və bu işlə məşğul olmaz. Deməli, bütün bu vədlər yalan və saxtadır”.

Ekspert qeyd edib ki, qarşı tərəfin telefonuna casus proqram yerləşdirilməsi də real deyil:

“Bu, o qədər də asan proses deyil. Yalnız o halda mümkündür ki, telefon fiziki olaraq kiminsə əlinə keçsin və ya eyni evdə yaşayan biri həmin linkə daxil olsun. Telefon sahibinin xəbəri olmadan, məsafədən və cihazla təmas qurulmadan belə məlumatları ələ keçirmək mümkün deyil”.

Qeyd edək ki, son dövrlər kiberdələduzluq halları artmaqdadır. Bu tip səhifələr əsasən insanların maraq və şübhələrindən sui-istifadə edərək onları tələyə salmağa çalışır.//Yenisabah

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:438
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri