Icma.az
close
up
RU
10 min manatlıq həcc ortalığı qarışdırdı: ya susun, ya da... QMİ

10 min manatlıq həcc ortalığı qarışdırdı: ya susun, ya da... QMİ

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna start verib. 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib. Bu konteksdə yenə müzakirələr başlayıb. Əksəriyyət bildirir ki, ziyarətə verilən pulu xeyir işlərə xərcləmək daha çox savabdır. Hətta iddia edirlər ki, islamda Həcc bir o qədər önəm kəbs etmir, sadəcə qazanc mənbəyi üçün belə bir dini tələb qoyulub.

Həccə getmək savab qazandırırmı və vacibdirmi?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Həcc ibadəti islamın beş vacib şərtlərindən biridir:

“Maddi imkanı yerində olan hər bir müsəlman bu əmri icra etməlidir. Qurani Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində Uca Rəbbimiz belə buyurur: “Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”. Ayədən də göründüyü kimi, maddi imkanı çatan hər bir müsəlmanın bu əmri icra etməsi vacibdir. Lakin təəssüf ki, bir çox insanlar dünyanın müxtəlif ölkələrini gəzir, on minlərlə ABŞ dolları xərcləyir və bu gördükləri işdən xüsusi zövq alaraq, oturub durduqları bütün məclislərdə həmin səfərlərdən danışırlar. Digərləri isə maddi imkanları Həcc etməyə çatanlara hər hansı yolla maneə olmağa çalışır, heç bir dini vəzifə və səlahiyyətləri olmadıqları halda, sözügedən ibadətin keyfiyyətini azaltmağa, hacıları insanların gözlərindən salmağa çalışırlar”.

Rüfət Qarayev

İlahiyyatçı bildirib ki, Kəbə Allahın evi, hacılar isə Allahın qonaqlarıdırlar:

“Ürək bulandırıcı sözlərlə nə Allahın nurunun önünə keçə bilər, nə də ki, bu axının qarşısını almaq mümkündür. Kim hara gedəcəksə getsin, hər kəs öz seçimində sərbəst və azaddır: istər dünyanı gəzib dolaşan insanlar olsun, istərsə də Allahın əmrinə boyun əyərək vacib əmri yerinə yetirib islami vəsifəsini icra edənlər. Allah Rəsulu (s) buyurur: “Müsəlman ya xeyir danışar, yaxud da susar”. Xeyir danışa bilməyən insanlara tövsiyəmiz bundan ibarətdir ki, susmaq ən gözəlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri