Daha bir ölkə İnfantinoya dəstəyini geri çəkdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İrlandiya Futbol Assosiasiyası (FAI) Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməkdən imtina edib.
QOL.az xəbər verir ki, bu barədə FAI-nin açıqlamasında bildirilib:
“Son hadisələr idarəçilik, şəffaflıq və konstruktiv məsləhətləşmələrin olmaması ilə bağlı ciddi narahatlıq yaradıb”.
Xatırladaq ki, FİFA daha əvvəl dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satışı üçün FIFA Forward Enterprise (FFE) adlı yeni kommersiya strukturunun yaradılmasını planlaşdırırdı. Lakin futbol konfederiyalarının tənqidindən və UEFA-ya üzv ölkələrin dünya çempionatını boykot edə biləcəyi ilə bağlı təhdidlərdən sonra Canni İnfantino bu ideyadan imtina edib.
Bundan sonra bir sıra futbol assosiasiyaları FİFA-nın hazırkı prezidentinin növbəti seçkilərdə namizədliyinə verdikləri dəstəyi geri çəkiblər. FİFA prezidentliyinə növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















