100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın paytaxtı Parisdə məşhur ispan rəssamı Pablo Pikassonun orijinal əsərinin oynanılacağı lotereya təşkil olunacaq.
Kulis.az xəbər verir ki, lotereya biletlərinin qiyməti cəmi 100 avrodur.
Toplanan bütün vəsait Alzheimer xəstəliyi ilə bağlı Avropada aparılan elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.
Söhbət 1941-ci ildə quaş texnikası ilə çəkilmiş "Tête de Femme" (“Qadın başı”) adlı abstrakt portretdən gedir. “1 Pikasso 100 avroya” kampaniyası çərçivəsində ümumilikdə 120 min bilet satışa çıxarılıb.
Toplanan vəsaitin 1 milyon avrosu əsərin hazırkı sahibi olan "Opera Gallery" qalereyasına veriləcək. Qalan məbləğ isə "Alzheimer's Research Foundation" fonduna köçürülərək xəstəliklə bağlı araşdırmalara dəstək olacaq.
Qeyd edək ki, Pikasso əsərlərinin lotereya yolu ilə oynanılması ilk dəfə deyil. 2013-cü ildə "L'homme au Gibus" əsəri ABŞ-da qalibə qismət olub. 2020-ci ildə isə "Nature Morte" adlı tablo İtaliyadan olan bir iştirakçı tərəfindən qazanılıb.
"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı "Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 Aprel 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















