COP31 razılaşma əldə olunmadan başa çatdı
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransı yekun razılaşma əldə edilmədən başa çatıb.
Buna səbəb ölkələr arasında qalıq yanacaqlardan (neft, qaz və kömür) imtina məsələsində yaranan fikir ayrılığı olub.
Konfransın prezidenti, Türkiyənin ekologiya naziri Murat Kurum yekun sənəd üzrə razılığın əldə edilmədiyini təsdiqləyib. O bildirib ki, iştirakçılar təqdim olunan mətnlə razılaşmadıqları üçün qərarlar qəbul edilməyib.
Avropa İttifaqı da yekun sənədə etiraz edib. Aİ-yə sədrlik edən İrlandiyanın iqlim və enerji naziri Darağ O'Brayen bildirib ki, qalıq yanacaqların iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi sənəddə ümumiyyətlə qeyd edilməməsi qəbuledilməzdir.
Məlumata görə, sammitin əvvəlki razılaşma layihəsində qalıq yanacaqlardan sürətlə imtina ilə bağlı çağırış yer alsa da, cümə axşamı yayımlanan ikinci versiyadan bu müddəalar çıxarılıb. Fransa və Panama da daxil olmaqla bir qrup ölkə isə yekun sənəddə qalıq yanacaqlardan imtinaya doğru aydın keçidin əks olunmasını tələb edib.
BMT-nin baş katibi Antonio Quterreş danışıqların konsensus əldə edilmədən başa çatmasından dərin məyusluq duyduğunu bildirib. O, iqlim böhranının əsas hərəkətverici qüvvələrindən birinin qalıq yanacaqlar olduğunu vurğulayıb.
Avstraliyanın iqlim naziri Kris Bouen də nəticədən narazılığını ifadə edib.
Qeyd edək ki, danışıqlar planlaşdırılan vaxtdan iki gün artıq davam edib. Beləliklə, COP31 BMT-nin ən uzunmüddətli iqlim konfransı kimi tarixə düşüb.
///sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Noyabr 2026 02:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















