100 ə yaxın pişiyi oğurlayan qadın həbs olundu ABŞ də kuryoz hadisə
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də 100-ə yaxın pişiyi oğurlayan qadın kuryer həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, 77 yaşlı Geyl Custino iyulun 20-də evində antisanitar şəraitdə saxlanılan yüzə yaxın pişik tapıldıqdan sonra saxlanılıb. İstintaqçıların sözlərinə görə, kondisioneri işləməyən evin daxilində temperatur 40 dərəcədən yuxarı olub, döşəmələr isə qalın nəcis qatı ilə örtülüb.
Şerifin verdiyi məlumata görə, ev sahibi 2014-cü ildən bəri heyvanların saxlanması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, vəziyyət daha da pisləşib. Qadına qarşı heyvanlarla qəddar rəftar etmə və onları lazımi şərait olmadan saxlama ittihamları irəli sürülüb.
Polisdən bildirilib ki, amerikalı qadın səmimi qəlbdən heyvanlara kömək etdiyini düşünsə də, əməlləri onların əzab çəkməsinə səbəb olub. Hüquq-mühafizə orqanları onun zəruri psixi yardım alacağına ümid edirlər. Xilas edilən heyvanlardan bəziləri artıq həqiqi sahiblərinə qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Avqust 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















