100 ə yaxın pişiyi oğurlayıb saxlayan 77 yaşlı qadın tutuldu
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
ABŞ-da polis 77 yaşlı Geyl Kastinonu evində oğurlanmış 100-ə yaxın pişik saxladığı üçün həbs edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, heyvanlar son dərəcə ağır şəraitdə saxlanılıb. Evin içərisində temperatur 40 dərəcədən yuxarı olub, döşəmə isə tamamilə heyvan tullantıları ilə örtülüb.
Polisin bildirdiyinə görə, bəzi pişiklərin pəncələrində bərkiyən nəcis qalıqları təmizlənib ki, onlar normal yeriyə bilsinlər.
Məlumata əsasən, Geyl Kastino daha əvvəl də heyvanlara lazımi qaydada qulluq etmədiyinə görə məsuliyyətə cəlb olunub. Buna baxmayaraq, o, pişikləri toplamağa davam edib və onları "xilas etdiyinə" səmimi şəkildə inanıb. Hakimiyyət orqanları qadının psixiatrik yardıma ehtiyacı ola biləcəyini istisna etmir.
Pişiklərin bir hissəsi artıq sahiblərinə qaytarılıb. Qalan heyvanlar isə reabilitasiya prosesindən sonra yeni ailələrə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















