Park edilmiş maşını vurub getdi
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Super Liqasının 9-cu turunda "Qalatasaray”a 2:1 hesabı ilə məğlubiyyətdən sonra "Fənərbaxça”da başlayan gərginlik davam edir.
Derbidəki məğlubiyyətin ardınca istefa verən baş məşqçi İsmail Kartalla görüşmək üçün "Samandıra Can Bartu” bazasına gələn klub prezidenti Əziz Yıldırım oradan ayrılarkən qəza törədib.
Belə ki, İ. Kartalın istefasını təsdiqləyib bazanı tərk etməsindən qısa müddət sonra Əziz Yıldırım da vitse-prezident Mahmut Uslu ilə birlikdə avtomobili ilə ərazini tərk etmək istəyib. Sükan arxasında olan prezident nəqliyyat vasitəsilə yola çıxarkən sağ tərəfdə park edilmiş başqa bir avtomobili sürtüb.
Qəzadan sonra bir neçə saniyəlik dayanan Ə. Yıldırım daha sonra yoluna davam edib.
Məlumata görə, baş verən hadisə zamanı park halındakı avtomobilə dəyən zərərin bütün xərclərini Ə. Yıldırımın şəxsən özünün qarşılayacağı bildirilib.
///qafqazinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Oktyabr 2026 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















