100 pişik yemindən 99 da qurğuşun aşkarlandı
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
100 pişik yemindən 99-da qurğuşun aşkarlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma zamanı 62 markaya aid 100 yem nümunəsi 122 potensial zərərli maddənin mövcudluğuna görə yoxlanılıb.
Nümunələrin 99 faizində qurğuşun, 96 faizində kadmium, 94 faizində isə arsen müəyyən edilib.
Balıq tərkibli yemlərdə civənin orta miqdarı digər zülal mənbələri əsasında hazırlanan yemlərlə müqayisədə təxminən 18 dəfə yüksək olub.
Bununla belə, müəlliflər nəticələrin həmin yemlərin mütləq təhlükəli olduğu anlamına gəlmədiyini vurğulayıblar. Araşdırmada aşkarlanan maddələrlə heyvanlarda xəstəliklərin yaranması arasında konkret əlaqə müəyyən edilməyib. Həmçinin hər məhsulun yalnız bir istehsal partiyası yoxlanılıb.
Məlumata görə, ağır metallar və digər qarışıqlar yemə torpaq və sudan xammal vasitəsilə, eləcə də emal və qablaşdırma zamanı keçə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Oktyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















