Icma.az
close
up
RU
100 yaşını keçən azərbaycanlılar: dədələrin və nənələrin SİRLƏRİ

100 yaşını keçən azərbaycanlılar: dədələrin və nənələrin SİRLƏRİ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda uzunömürlülük fenomeni ölkənin müxtəlif bölgələrində fərqli xüsusiyyətlərə malikdir. Uzunömürlülüyün əsas səbəbləri arasında ekoloji mühit, sakit və stressiz həyat tərzi, fiziki əmək, sağlam qidalanma vərdişləri, genetik faktorlar və sosial əlaqələr önə çıxır.
Elm və Təhsil Nazirliyi Fiziologiya İnstitutunun araşdırmalarına görə, respublikada uzunömürlülüyün təbii mərkəzlərinin tarixən inkişaf etdiyi ərazilər mövcuddur. Bu ərazilər arasında Talış dağları, Qarabağ və Cənub bölgəsi xüsusilə qeyd olunur. Lerik, Lənkəran, Zaqatala, Şəki və İsmayıllı həmişə uzunömürlülük diyarı kimi tanınıb. İnstitut tərəfindən əvvəllər aparılan tədqiqatlar nəticəsində bu bölgələrdə uzunömürlü insanların sayının digər bölgələrə nisbətən daha yüksək olduğu müəyyən edilib. Maraqlıdır ki, son illə Bakı şəhəri də uzunömürlü insanların sayına görə önə çıxmaqdadır.
Tibb mütəxəssisləri deyirlər ki, uzunömürlülər əsasən təbii məhsullarla – süd, qatıq, bal, çörək, tərəvəz və meyvələrlə daha çox qidalanıblar. Yeməkləri az və keyfiyyətlidir, tütün və spirt istifadəsi isə ya yoxdur, ya da çox azdır. Genetik amil də istisna deyil. Məsələn, Lerik rayonunda bir ailədə həm baba, həm ana, həm də onların övladları 90 və ya 100 yaşı keçmiş ola bilər. Bu isə genetik davamlılığın rolunu göstərir.
Bəs hazırda Azərbaycanda uzunömürlülərin sayı neçə nəfərdi?
2025-ci il yanvar ayının 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda 100 və yuxarı yaşda olan əhalinin sayı 1584 nəfər təşkil edir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 100 və yuxarı yaşda olan sakinlərdən 646 nəfəri kişilər, 938 nəfəri isə qadınlardır. Rəqəmlər də göstərir ki, qadınlar arasında uzunömürlülər daha çox üstünlük təşkil edir.
Maraqlıdır, ölkəmizdə uzunömürlülər kateqoriyasından olan sakinlərin sayı artıb, yoxsa azalıb?
Əməkdaşımız mövzu ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatları əsasında müqayisə aparıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü il yanvar ayının 1-nə ölkədə 1310 nəfər 100 və yuxarı yaşda olanlar kimi qeydiyyata alınıb. Məlumata görə, ötən il həmin yaş qrupunda olan şəxslərin 506 nəfəri kişilər, 804 nəfəri isə qadınlar olub.
Ötən il Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron və Xaçmaz rayonlarında sözügedən yaş qrupunda olan əhalinin sayı ölkənin digər inzibati şəhər və rayonlarına nisbətən daha çox olub
Beləliklə müqayisə onu deməyə əsas verir ki, son 1 ildə 100 və yuxarı yaşda olanların sayı 274 nəfər artıb. Bu, həm kişilərin, həm də qadınların hesabına baş verib. Statistikaya baxanda, uzunömürlü kişilərin də, qadınların artdığını qeyd edə bilərik.
2023-cü ilin rəsmi statistikası da yaşı 100-ü keçənlərin saytının artdığını göstərir. 2023-cü yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 100 və yuxarı yaşda əhalinin sayı 1021 nəfər olub. Onların 381 nəfərini kişilər, 640 nəfərini isə qadınlar təşkil edib.
Qeyd edək ki, Azərbaycanda əhalinin yaş təsnifatı aşağıdakı kimi müəyyən olunub:
0-13 yaş - uşaqlar;
14-17 yaş - yeniyetmələr;
18-29 yaş - gənclər;
30-44 yaş – orta yaşlılar;
45-59 yaş – yetkin yaşlılar;
60-74 yaş – yaşlılar;
75 -89 yaş – qocalar;
90+ yaş - uzunömürlülər.
Azərbaycan əhalisinin yaş qrupları üzrə 2024-cü ilin əvvəlinə aid bölgüsü aşağıdakı cədvəldə əks olunub:


A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri