Icma.az
close
up
RU
100 yaşını keçənlərin sayında rekord: Uzunömürlülüyün sirri tapılırmı?

100 yaşını keçənlərin sayında rekord: Uzunömürlülüyün sirri tapılırmı?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada 100 yaş və yuxarı insanların sayı rekord səviyyəyə çatıb. 

Qaynarinfo xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2024-cü ildə ən azı 16.600 nəfər 100 yaş həddini keçib. Bu rəqəm 2004-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir və ötən illə müqayisədə 3,5 faiz yüksəliş göstərir.

Daha uzun ömrün arxasında nələr dayanır?

Mütəxəssislər bu artımı ilk növbədə keçmiş illərdə ölüm göstəricilərinin azalması və səhiyyədəki irəliləyişlərlə əlaqələndirirlər. ONS-nin Demoqrafik Araşdırmalar bölməsinin rəhbəri Kerri Qadsdon bildirib ki, həyat səviyyəsindəki yüksəliş, ictimai sağlamlıq tədbirlərinin güclənməsi və tibbi müalicə imkanlarının genişlənməsi daha çox insanın uzunömürlü olmasına şərait yaradıb.

Məlumatlara görə, 100 yaşını keçən 16.600 nəfərin 13.500-dən çoxu qadınlardır. Bu da qadınların yüz yaşına çatma ehtimalının kişilərlə müqayisədə təxminən 4,5 dəfə çox olduğunu göstərir. Alimlər bu fərqi kişilər arasında daha çox rast gəlinən siqaret və alkoqol istifadəsi kimi riskli davranışlarla izah edirlər. Bundan əlavə, qadınların immun sistemlərinin infeksiyalara qarşı daha dayanıqlı olduğu da vurğulanır.

Bununla belə, son 20 ildə yüz yaşını keçən kişilərin sayında artım tempi qadınlardan daha yüksək olub. 2004–2024-cü illər arasında kişilərdə bu göstərici üç dəfə artdığı halda, qadınlarda 17,6 faiz yüksəlib.

"Mavi bölgələr" və uzun ömürlülüyün sirləri

Mütəxəssislər, yüz yaş üstü əhalinin artmasını bir qədər də 1918-ci ildən sonra – I Dünya müharibəsinin bitdiyi illərdə doğulan uşaqların çoxluğu ilə əlaqələndirirlər. Bu səbəbdən 2020 və 2021-ci illərdə 100 yaşına çatanların sayında da kəskin artım qeydə alınıb.

Dünya üzrə gözlənilən ömür uzunluğu artmağa davam edir və 2050-yə qədər 78,1 ilə çatacağı proqnozlaşdırılır. Alimlər isə uzunömürlülüyün sirrini yalnız tibbi inkişafla deyil, həm də gündəlik həyat tərzi ilə əlaqələndirirlər. "Mavi bölgələr” kimi tanınan — insanların 100 yaşdan çox yaşadığı bölgələrdə — bir neçə ortaq xüsusiyyət önə çıxır:

* Aktiv həyat tərzi: Gərgin idman olmasa belə, gündəlik aktivlik və hərəkətlilik uzun ömrü dəstəkləyir.

* Sosial əlaqələr: Dostluq və güclü sosial bağlar sağlam ömrün vacib amilidir, tənhalıq isə mənfi təsir göstərir.

* Həyat məqsədi və inanc: Yaşama mənası tapmaq, məqsəd hissinə sahib olmaq və inanc sisteminin bir parçası olmaq uzunömürlü icmalar üçün ümumi xüsusiyyətdir.

Hazırda dünyanın ən yaşlı insanının 116 yaşlı Ethel Kateram olduğu bildirilir. O, uzunömürlülüyünün sirrini belə izah edir:

"Heç kimlə mübahisə etmirəm, dinləməyi sevirəm və istədiyimi edirəm".

Bu sadə həyat fəlsəfəsi göstərir ki, uzun və sağlam ömrün sirri yalnız tibbdə deyil, həm də insanın mənəvi rahatlığı və həyatla harmoniyasında gizlidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri