Icma.az
close
up
RU
1000 manat qazanıram, 2 günə bitir Nə edim?

1000 manat qazanıram, 2 günə bitir Nə edim?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Şəxsi maliyyədə əsas məsələ çox qazanmaq deyil, qazandığını düzgün bölüşdürməkdir. Büdcə qurmaq xərcləri sadəcə qeyd etmək demək deyil. Bu yanaşma qənaət etməyə, borclardan çıxmağa, təcili fond yaratmağa və daha böyük hədəflərə planlı şəkildə yaxınlaşmağa imkan verir.
Demokrat.az xəbər verir ki, ilk addım reallığı görməkdir. Son 1–2 ayın gəlir və xərcləri dəqiq şəkildə qeyd olunmalıdır. Gəlirə əməkhaqqı, əlavə qazanc və digər mənbələr daxil edilir və xalis məbləğ əsas götürülür. Xərclər bank çıxarışları və gündəlik ödənişlər əsasında sabit və dəyişkən kateqoriyalara bölünür. Sabit xərclərə kirayə və ya ipoteka, kommunal ödənişlər, internet, minimum qida, nəqliyyat və kredit ödənişləri daxildir. Dəyişkən xərclər isə restoran, geyim, əyləncə, alış-veriş və müxtəlif abunəliklərdir. Bu mərhələ adətən ən çox sual doğuran “pul hara gedir” problemini aydınlaşdırır.
Ən geniş yayılan üsullardan biri 50/30/20 qaydasıdır. Xalis gəlirin 50 faizi vacib ehtiyaclara, 30 faizi istəklərə, 20 faizi isə qənaət və borclara ayrılır. Model sadə görünür, amma real nəzarət mexanizmi yaradır. Nisbətə dərhal uyğunlaşmaq çətin olarsa, 60/20/20 bölgüsü ilə başlamaq mümkündür.
Daha detallı yanaşma istəyənlər “zero-based” büdcə metodundan istifadə edə bilər. Bu modeldə gəlir xərclər və qənaət arasında elə bölünür ki, ayın sonunda qalıq qalmasın. Hər manata konkret istiqamət verilir. Qida üçün müəyyən məbləğ, nəqliyyat üçün ayrıca limit, qənaət üçün sabit pay ayrılır və artıq qalan məbləğ avtomatik şəkildə ehtiyata yönəldilir.
Praktik addımlar da vacibdir. İlk mərhələdə 1000–2000 manatlıq kiçik təcili fond yaratmaq məqsədəuyğundur, daha sonra isə bu məbləği 3–6 aylıq xərclər həddinə çatdırmaq tövsiyə edilir. Depozit hesabı həm vəsaiti qoruyur, həm də faiz qazandırır. Kommunal və kredit ödənişlərinin avtomatik rejimə keçirilməsi gecikmələrin qarşısını alır. Xərcləri izləmək üçün sadə cədvəl və ya mobil tətbiqlər kifayətdir.
Məsələn, aylıq xalis gəlir 1000 manatdırsa, 50 faiz prinsipi ilə 500 manat vacib ehtiyaclara, 300 manat istəklərə, 200 manat isə qənaət və borc ödənişlərinə ayrılır. Bu 200 manatın 150 manatı təcili fonda yönəldilərsə, təxminən 7 ayda 1000 manatlıq ilkin ehtiyat formalaşır. Qalan 50 manat isə mövcud borcların azaldılmasına və ya əlavə yığım hesabına köçürülə bilər. Büdcə hər ay yenilənməlidir. Məbləğ kiçik olsa belə, sistem qurulduqda maliyyə nəzarəti real nəticə verir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Mart 2026 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri