Icma.az
close
up
RU
1014 gün...

1014 gün...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Ukrayna cəbhəsində nə baş verir?

Başlanğıcda qısamüddətli münaqişə kimi təqdim olunan Rusiya-Ukrayna müharibəsi artıq 1014-cü gününə qədəm qoysa da, onun sonu görünmür. Müharibə artıq regional müstəvidən çıxaraq qlobal səciyyə daşımağa başlayıb. Bəşəriyyətin yeni dünya müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, bəlkə də, artıq onun içində olduğu barədə təəssüfedici qənaətlər bölüşülür. Vəziyyət o dərəcədə kritik hala gəlib ki, hətta ölkələrin nüvə düyməsini basacağı ehtimalları da kifayət qədər yüksəkdir. Reallıqda Rusiya-Ukrayna cəbhəsində nə baş verir?

Ukraynada yaranan acınacaqlı durum

Təbii ki, uzanan müharibənin ən ağır fəsadlarını Ukrayna öz üzərində hiss edir. Kollektiv Qərb hər nə qədər Ukraynanı dəstəkləsə də, ölkə müharibədən böyük dərəcədə ziyan çəkir. Ukrayna ərazilərinin bir hissəsini itirib, milyonlarla vətəndaş doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb, döyüşlərin getdiyi ərazilərdə və dərinliklərdə mülki  infrastruktur dağıdılıb.

Bu gün Ukraynada həyatın bütün sahələrində kritik vəziyyət müşahidə olunur. Soyuqların düşdüyü bir vaxtda enerji təminatında vəziyyət xüsusilə ağırdır. Artıq Ukrayna hökuməti elektrik enerjisi idxalı üçün beş ölkəyə müraciət ünvanlayıb.

Bu barədə Ukraynanın Energetika Nazirliyi “Telegram” kanalında məlumat yayıb. Elektrik enerjisinin Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovadan alınacağı bildirilir. Nazirlik vətəndaşları güclü məişət elektrik cihazlarını eyni vaxtda yandırmamağa və elektrik enerjisinə qənaət etməyə çağırıb.

Baş nazir Denis Şmıqalın sözlərinə görə, Ukrayna yazdan bəri ümumi generasiya gücünün təxminən 50 faizini itirib. Hücumlar nəticəsində istilik elektrik stansiyalarının 90 faizinə və su elektrik enerjisi istehsalı obyektlərinin isə üçdə birinə ziyan dəyib.

Kollektiv Qərb yardımları davam etdirir

Zamanında Ukraynanı müharibəyə təhrik edən kollektiv Qərb bu ölkəyə 2025-ci ildə də yardımları davam etdirəcək. Belə ki, Ukrayna maliyyə yardımı çərçivəsində 2025-ci ildə Avropa İttifaqından (Aİ) aylıq 1,5 milyard avro alacaq. Tranşların ödənişi yanvar ayından başlayacaq.

Bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib. Kostanın sözlərinə görə, artıq dekabr ayında Avropa İttifaqı “Ukrayna büdcəsini dəstəkləmək” üçün Ukraynaya əlavə 4,2 milyard avro ayıracaq. “Bundan əlavə, gələn aydan biz bütün il boyu hər ay daha 1,5 milyard avro yardım göstərəcəyik”, - deyə Avropa İttifaqı Şurasının rəsmisi bildirib.

Kosta, Aİ-nin bu vəsaiti Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən əldə edəcəyini və onlardan hərbi məqsədlər üçün də istifadə oluna biləcəyini açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın mülki infrastrukturu, o cümlədən enerji obyektlərinin atəşə tutulması fonunda blok Ukraynaya maliyyə, hərbi, iqtisadi, enerji və humanitar yardım göstərməyə davam edəcək. “Biz ukraynalılara demək istəyirik ki, biz müharibənin əvvəlindən sizi dəstəkləyirik və siz bizə etibar etməyə davam edə bilərsiniz. Biz əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə Kosta əlavə edib.

Bundan başqa, Almaniya Ukraynaya 650 milyon avro məbləğində hərbi yardım göstərməyi planlaşdırır. Bunu müharibə başlayandan bəri Ukraynaya ilk dəfə səfərə gələn Almaniya kansleri Olaf Şolts deyib.

Ukraynanın vaz keçmədiyi NATO planı

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinin başlamasını şərtləndirən əsas amillərdən biri də Şimali Atlantika Alyansının (NATO) Şərqə doğru genişlənmək planları ilə bağlıdır. Bu plana əsasən Ukraynanın da alyansa üzvlüyü hədəflənmişdi. Rusiya bunu özü üçün “qırmızı xəttin” keçilməsi anlamında qəbul etdi və müharibə başladı.

Beə görünür ki, Ukrayna uzanan müharibənin ciddi fəsadları ilə üzləşsə də, NATO-ya üzv qəbul olunmaq planlarından vaz keçməyib. “Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO-nun çətiri altında öz nəzarətimizə götürməliyik. Biz bunu tezliklə etməliyik. Belə olan təqdirdə Ukrayna diplomatik yollarla işğal etdiyi əraziləri geri qaytara biləcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində deyib. Zelenski hesab edir ki, Ukraynanın NATO-ya daxil olması müharibənin qaynar fazasını dayandırmağa kömək edə bilər. “Siz ölkənin yalnız bir hissəsini dəvət edə bilməzsiniz. Çünki o zaman yalnız bu yerlərin Ukraynanın ərazisi olmasını, qalanının isə Rusiyaya aid edilməsini tanıyırsan. Hüquqi baxımdan bizim işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımağa haqqımız yoxdur. Bu məsələdə yanılmaq olmaz”, - deyə Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, NATO-ya dəvətin özündə də Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri göstərilməlidir. Amma heç kim Ukraynanın bu və ya digər şəkildə NATO-nun bir hissəsi olmasını təklif etməyib və Kiyev heç vaxt belə bir təklifi nəzərə almayıb.

Xatırladaq ki, Ukrayna bu ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edirdi, lakin bu, baş vermədi.

Ukraynaya  nüvə silahı veriləcəkmi?

İndiki reallıqlar fonunda bir sual da çox aktualdır: Ukraynaya nüvə silahı veriləcəkmi?

Ancaq hələlik  Ukraynanın bu istəyi də  adekvat qarşılanmır. “ABŞ nüvə silahının Ukraynaya verilməsini planlaşdırmır. Bu barədə düşünülmür”.

Bu sözləri CNN telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Onun sözlərinə görə, ABŞ Kiyevə adi silah tədarükünə belə diqqət yetirir.

O, həmçinin bildirib ki, Rusiyanı nüvə dövləti kimi məğlub etmək mümkün deyil.

M.ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri