Icma.az
close
up
RU
Gün çıxandan gün batanadək…

Gün çıxandan gün batanadək…

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Sübh çağıdır, dan yeri təzəcə ötən bir gecənin növbəti səhərini təhvil verib. Uzaqlardan hələ dəqiqələr sonra çıxacaq günəşin zərrin şüaları hündür yerlərə işıq zolaqları salıb. Binaların kölgəsində yarıqaranlıq olan küçədən hərgünkü səslər gəlir. Pəncərəyə yaxınlaşıram: yenə o insanlar... Hər gün hər kəsin yollarda, parklarda, küçələrdə dəfələrlə qarşılaşdığı, yayın istisindən, qışın şaxtasından üzləri “yanmış”, əlləri cadarlaşmış insanlar...

Artıq işə başlayıblar... Təmizlik işləri ilə məşğuldurlar... Süpürürlər, məişət tullantılarını bir yerə toplayırlar. Elə pəncərənin önündəcə fikrə dalıram. Biz bir azdan şəhərin təmiz küçələri ilə işə gedəcəyik. Onlar isə çoxdan öz işlərinə başlayıblar. Düşünürəm: hər bir sahənin, hər işin öz gözəlliyi, öz üstün cəhətləri, bir də asanlığı, çətinliyi var...

Saatın əqrəblərinin zamanı irəliyə doğru aparmaq mücadiləsi məni xəyallardan ayırır. İşə tələsirəm... küçəyə çıxıram, yenə onların çox böyük həvəslə, məsuliyyətlə işlədikləri ilə qarşılaşıram, ətrafa baxıram, bu dəfə onların mərkəzi küçələrin təmizlik işlərini apardıqlarını görürəm: biri süpürür, biri yığır, biri maşına toplayır... İşdəyəm, yenə də pəncərədən onları görürəm: kişilər...qadınlar... hamısı təmizliklə məşğuldurlar...

Haqqında danışdığım insanlar Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin işçiləridir. Çoxsaylı kollektiv ən ağır və məsuliyyətli işi həyata keçirir. Günün bütün saatlarında müxtəlif qruplarda növbəlilik əsasında çalışan bu insanlar şəhərimizin təmiz, səliqəli olması üçün əmək sərf edir, yorulmaq bilmirlər. Onları seyr etdikcə bir əsas məqamı da xatırlayıram: əvvəllər də bu insanlarla tez-tez qarşılaşırdıq. Təmizlik işlərinə baxırıq deyə kim əlinə nə keçirdisə, ən köhnə paltarlarını geyinib işə çıxırdı. O görüntülər indi də gözlərim qarşısındadır. Lakin indi başqadır: necə ki kommunal xidmət göstərən işçilərin gördükləri iş şəhərimizə daim təmiz bir görünüş verir, elə onların xüsusi geyimləri də bu mənzərəyə bir səliqə-sahman əlavə edir.

...İlin bütün fəsillərində-qızmar günəş altında, yağış, qar yağarkən də onları iş başında görürəm. Və hər gördüyümdə öz-özümə pıçıldayıram: nə qədər zəhmətli işlə övlad böyüdənlər, çörək qazananlar, evinə ruzi aparanlar var. Onların övladları, valideynlərinə göstərdikləri qayğı, bu ağır zəhmətlərini necə dəyərləndirdikləri barədə də çox düşünürəm. Belə valideynlərin qədrini bilmək üçün tək öz övladlarının yetmədiyini, hər birimizin onların övladı olmağı barədə də fikirləşirəm. Çünki onlar şəhərimizin abad və səliqəli olması, qonaqlarımızın buradan razılıqla ayrılması, özümüzün və övladlarımızın sağlam yaşaması üçün bütün günü təmizlik işləri aparırlar. Onlar işləyərkən əyləşmək, hərəkətsiz qalmaq, bir dəqiqə dayanmaq yoxdur. Belə isə, bizlərin də hər biri onlara övlad qayğısı ilə yanaşıb ağır əməklərini qiymətləndirməliyik. Unutmamalıyıq ki, onlar səhərdən axşamadək ağır iş şəraitində çalışır. Və bir də onu yaddan çıxarmamalıyıq ki, əlimizdən gün ərzində neçə əşyanı tullantı kimi hara gəldi atırıqsa və bir də həmin yoldan keçəndə oranı təmiz görürüksə, deməli, bu adamlar da bir o qədər əyilir, onları götürür və yaxud da süpürür, təmizləyir, bizdən sonra səbrlə yığışdırırlar. Əgər bir tərəfdən bu, onların gördüyü işin məsuliyyətidirsə, digər tərəfdən şəhərimizin, ətraf çevrəmizin təmizliyi, bizim sağlamlığımız deməkdir. Məhz buna görə də şəhərimizin təmizliyini qoruyan, saxlayan insanların yanından hər dəfə ötərkən demək lazımdır: “Yorulmayasınız!”

Kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə son vaxtlar yeni texnikalar alınır. Lakin alınan texnika hələlik çox azlıq təşkil edir. Bu məsələ üçün məsul olan şəxslər daha artıq tozsoran və digər texnika almaq barədə düşünsələr, bu, bir tərədfən hər yaşda olan, çox vaxt ehtiyacdan çalışmaq məcburiyyətində qalan insanlara həm böyük sayğı, həm də səhərdən axşamadək çəkdikləri zəhmətin bir qədər yüngüllşdirilməsinə xidmət edər.

***

Axşamçağıdır... Günəş yavaş-yavaş öz “mənzilinə” çəkilir. Hava da günəşin gedişi ilə qaralmağa və soyumağa başlayır. Bir iş günü də beləcə başa çatır... Yenə həmin yollar... küçələr... parklar... Onlar hələ də iş başındadırlar. Süpürürlər, təmizləyirlər, maşınlara yığırlar... Hər gün olduğu kimi: Gün çıxandan gün batanadək.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri