Icma.az
close
up
RU
Bir gün müəllimdir, bir gün də rəssam...

Bir gün müəllimdir, bir gün də rəssam...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bəzən incəsənət kuluarlarında deyirlər ki, gənc rəssamların və heykəltəraşların özlərini göstərməsi üçün platformalar azdır. Fırça tutan gənclər üçün sərbəst meydan verilmir. Bu fikirlərdən rənglərin bir qədər qatılaşdırıldığı qənaəti yaranır. Yəni istedad varsa, hər hansı bir şəraitdə mütləq boy göstərəcək. Bunu fırçası ilə kətanlara həyat verən, dərsliklərə isə rəngli düşüncələrini köçürən rəssam-müəllim Təranə Əhmədovanın nümunəsində görmək olar.

Təranə xanım Akademik Zərifə Əliyeva adına liseydə və Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar” liseyində təsviri sənət müəllimi kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment sahələri üzrə idarəetmə ixtisası” üzrə təhsil alır. Onun həyatı incəsənətin biliklə necə bir ahəng yaratdığının bariz örnəyidir. Müəllim kimi onun üçün hər bir dərs, şagirdlərinin qəlbinə toxunan bir rəsm, təlim və sənət isə bir-birini tamamlayan iki sevgidir desək, yanılmarıq.

Kiçik yaşlarından rənglərlə danışan, boyaların dilini anlayan Təranə Əhmədova 1986-cı ildə Bakıda anadan olub. 246 nömrəli məktəb-liseyin məzunudur. Rəssam olmağı qəlbən arzu edən gənc xanım Azərbaycan Dövlət Pedaqoji Universitetə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə yüksək nəticələrlə qəbul olub. Universitet illərində rəssamlığın texniki incəliklərini mənimsəyib, yaradıcılığında müxtəlif üsullardan istifadə etməklə özünəməxsus dəst-xətt formalaşdırdığını deyə bilərik. Onun diplom işi olan “Azərbaycan – doğma diyar” adlı kətan üzərində yağlı boya ilə təsvir etdiyi tablo təkcə rəssamlıq baxımından deyil, ideya zənginliyi ilə də diqqət çəkə bilib. Bu əsərdə rəssam milli simvollarımızı – üçrəngli bayrağımızın fonunda qədim qaya təsvirləri, Azərbaycanın tarixi abidələri, xalq çalğı alətləri və milli geyimdə olan gənclərimizi bir araya gətirərək uğurlu kompozisiya yaradıb. Tanınmış rəssam Rais Rəsulzadənin “Bu qızın fırçasında vətən sevgisi var” – dediyi o an, taleyinin rəngləri də dəyişdi. Əməkdar rəssamımız həmin əsəri yüksək dəyərləndirərək rəy verdi. “Azərbaycan – doğma diyar” tablosu Təranə xanımın yaradıcılıq dünyasının manifestinə çevrildi.

Rəssamın pedaqoji fəaliyyəti ilk olaraq Laçın rayonu Mehman Səfərov adına məktəbdə başlayıb. İndi Bakıdadır və daim yaradıcılıq axtarışları aparır. Qrafikanın dəqiq xətlərini rəngkarlığın canlı palitrası ilə birləşdirir. Onun “Nar ilə natürmort”, “Qızılgüllərlə natürmort”, “Pəncərədən görünüş”, “Azərbaycan bir rəssamın gözündə” kimi yağlı boya işləri, eləcə də “Novruzun ətri”, “Rəsmlərdə Nəsimi” və “Meksika” və s. kimi qrafik əsərləri rəng harmoniyası və ideya dərinliyi ilə seçilir.Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan Təranə Əhmədova bir çox beynəlxalq və yerli sərgilərdə iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. Onun üçün rəssamlıq təkcə texnika deyil, dünyaya fərqli baxmaq sənətidir. Həmişə çalışır ki, şagirdlərinə bu sənəti ürəkdən sevdirsin, onların qəlblərinə rənglər vasitəsilə ehtizaza gətirsin. Buna nail olmağı özünün ən böyük uğuru sayır.

Onun uşaqlar üçün təşkil etdiyi tanınmış rəssamlarımızla görüşlər, sərgilər və yaradıcılıq düşərgələri onların həm bacarıqlarını, həm də milli mənlik şüurunu inkişaf etdirir. Təranə müəllim ənənəvi üsullardan uzaqlaşaraq, şagirdlərinə dünyanı özəl baxışlarla “görməyi” öyrədir. Müəllim hər zaman şagirdlərinə deyir: 'Bayrağımızın üç rəngi kimi siz də üç istiqamətdə inkişaf etməlisiniz – bilik, yaradıcılıq və məhəbbətlə.

Bəlkə də elə Təranə xanım üçün hər bir şagird özünəməxsus rənglərlə işlənən bir tablodur. Buna görə də onun yetişdirdiyi hər bir uşaq, yalnız rəssam deyil, həm də dünyanı gözəlliklə qəbul edən bir sənətsevər kimi böyüyür. Palitrasında milli rənglər, fırçasında vətən sevgisi, dərslərində isə gələcəyin istedadlarına həsr olunan bir ömür yolu...

Ziyarət CABAROVA,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri