“102”yə yalan məlumat verdi Həbs olundu
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Gəncə şəhərində avtomobilinin qaçırılması barədə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İsa Xəlilov (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin “102 Qaynar Xəttinə müraciət edib və avtomobilini qonşuluqda yaşayan şəxs tərəfindən qaçırıldığını bildirib.
Əldə olunmuş məlumata əsasən Xəlilov polis şöbəsinə dəvət olunub. Lakin o, polisin qanunu tələbinə tabe olmayaraq polisə müqavimət göstərib.
Həmçinin narkotik vasitə istifadə etməsində şübhəli bilindiyindən həkim müayinəsindən keçirilib və analizində narkotik vasitədən istifadə etdiyi aşkar edilib.
Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə ittiham elan edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Mart 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















