11 boksçumuz 1/4 finalda
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Monteneqronun Budva şəhərində boks üzrə U17 Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin üzvü Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) görüşüb və 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.
Qardaş Rəhimov (54 kq) isə Şon Kellini (İrlandiya) məğlub edib–3:2. Boksçumuz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikita Beskaravainy (Belarus) ilə üz-üzə gələcək.
Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub–5:0. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.
Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0. O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0. Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.
Bu boksçularımız 1/4 döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.
Qeyd edək ki, daha öncə millimizin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçumuz isə 1/8 final döyüşünə çıxacaq.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:129
Bu xəbər 08 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















