11 ildir itkin idi, doğranmış bədəni soyuducudan çıxdı Türkiyədə müəmmalı qətl
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyənin Kırıkkale vilayətində ev sahibi kirayə verdiyi mənzilin soyuducusundan hissələrə ayrılmış kişi cəsədi tapıb.
“Qafqazinfo” xəbər verir ki, ev sahibi kirayə haqqını ala bilmədiyi üçün kirayəşinlə əlaqə qurmağa cəhd edib.
Lakin telefona həmin şəxsin qızı cavab verib və anasının mayın 3-də öldüyünü deyib.
Bunun ardınca ev yiyəsi Kırıkkaleyə gedərək çilingərin köməyi ilə mənzilin qapısını açıb. İçəri girəndə soyuducuda zibil torbalarına yığılmış meyit tapıb. Evdə qan izləri və balta da aşkar edilib.
İlkin araşdırmalarda cəsədin 2014-cü ildən itkin kimi axtarışa verilən Hüseyn Okumuşoğluna aid olduğu müəyyən edilib. Meyitin uzun müddət dondurucuda saxlandığı bildirilir.
Hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.
Binanın sakinləri daha əvvəl kirayəşini görmədiklərini, qoxu və s. kimi şübhəli halla rastlaşmadıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















