Icma.az
close
up
RU
11 nəfəri aldadan professorun işi Ali Məhkəmədə

11 nəfəri aldadan professorun işi Ali Məhkəmədə

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

AMEA Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfovanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

İttihama görə, R.Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur. O, zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib. pizza mizza

İş üzrə 11 nəfər - Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb.

1960-cı il təvəllüdlü R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi olub.

İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib.

Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib.

R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərardan R.Nəcəfova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək qadın məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirib.

R.Nəcəfova deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri