Icma.az
close
up
RU
11 SENTYABR MƏŞƏQQƏTİ: sağ qalan şəxsin qorxunc hekayəsi...

11 SENTYABR MƏŞƏQQƏTİ: sağ qalan şəxsin qorxunc hekayəsi...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il Nyu-Yorkun mərkəzində yerləşən Əkiz Qüllələrə hücumdan 25 il ötür. Həmin gün fransız-amerikalı Bruno Dellinger ilk qüllənin vurulduğu yerin 47-ci mərtəbəsində olub.

Bakıvaxtı.az “actu.fr”ə istinadən sağ qalan bu fransızın qorxunc hekayəsini təqdim edir. Belə ki, B.Dellinger qeyd edir:

“İyirmi beş il əvvəl, 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin 1-ci qülləsində işləyirdim. 11 sentyabr yaddaşına əbədi həkk olunmuş bir gündür. Avropa səfərimdən qayıtdıqdan sonra, təyyarə gecikməsi səbəbindən ofisə tez çatdım. Səhər saat 8:46-da təyyarə mühərrikinin səsinə bənzər səs eşitdim, amma bu, asfaltda eşitdiyimiz səsdən səsə bənzəmirdi. Təyyarə binanın 93-cü və 99-cu mərtəbələr arasındakı qülləsinə dəyəndə qüllənin çökəcəyindən narahat deyildim. Bu binanı sarsılmaz hesab edirdim. Ofisimdə elektron poçtlarımı emal etməyə davam etdim. Köməkçim Syuzan da daxil olmaqla bütün işçilərim 47-ci mərtəbədə idik.

Bina o qədər yellənirdi ki, yıxılacağından qorxarduq. Bir-birimizi bərk qucaqladıq. Bir də onda ayıldıq ki, təyyarənin qalıqları binaya daxil olub, dəhlizdə tavan çöküb, hər yer maye və tüstü içərisindədir. Mən işçilərə təsəlli vermək üçün dedim ki, bu, sadəcə bir təyyarədir. Komanda yoldaşlarım dərhal qaçdılar, amma mən qaldım. Ofisimə qayıtdım və elektron poçtlarımı emal etməyə davam etdim. Sonra içəridən bir mesaj gəldi: “Binanı tərk edin!” Mən də qaçmağa başladım. Bir neçə saniyə qabağa düşməyim həyatımı xilas etdi. Mən binanı tərk edəndən sonra bina alovlandı. Polis “qaçın-qaçın” deyərək qışqırırdı. Mən binadan çölə çıxıb, geri dönəndə ikinci qüllənin çökdüyünü gördüm. Qaçıb banka sığındım. Qara bulud xaos yaratdı. Heç nə görə bilmirdim, qara bulud aləmi elə bürümüşdü ki, gecədən qaranlıq idi. Heç nə eşidə bilmirdik və ən pisi nəfəs ala bilmirdik. Yaşadıqlarım məni elə sarsıtmışdi ki, həftələrlə öldüyümü düşünürdüm”.

Qeyd edək ki, 11 sentyabr 2001-ci il, çərşənbə axşamı, saat 8:46-da qaçırılan ilk təyyarə, “American Airlines” 11 nömrəli reysi, Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılıb. Təxminən iyirmi dəqiqə sonra, saat 9:03-də sərnişinləri daşıyan ikinci təyyarə, “United Airlines” 175 nömrəli reysi ikinci Əkiz Qüllə ilə toqquşub. İkinci qüllə də zərbədən 56 dəqiqə sonra çöküb. Şimal Qülləsi də zərbədən təxminən 102 dəqiqə sonra çöküb. Qaçırılan hər iki “Boeing” təyyarəsi Bostondan havaya qalxıb. Həmin səhər daha iki təyyarə də qaçırılıb. “American Airlines 77” nömrəli reysi Vaşinqton yaxınlığındakı Pentaqona çırpılıb. “United Airlines 93” nömrəli reysi bir neçə sərnişinin üsyanından sonra hədəfinə çatmadan Pensilvaniyadakı bir sahədə qəzaya uğrayıb.

Bu hücumlar ABŞ-da öz acımasız izini qoyub və ümumilikdə 2977 nəfərin ölümünə səbəb olub.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri